Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dərisində qırışları artıran 10 səhv

Qırışları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Bəs onların yaranması üçün nə edirik?

1. Günəşin təsiri: Qırışların tez düşməsinin əsas səbəbi ultrabənövşəyi şüalardır. Qaralmış dərini çox bəyənə bilərsiniz lakin dəri rəngi ilə birlikdə dərinin də dəyişdiyini və qocaldığı unutmayın.

2. Solyari: Solyari də istfadə edilən işıq günəş işığının bir parçası olan ultraviyole A –dır. Üstəlik utraviyole A, dərinin daha dərin təbəqələrinə də təsir edir. Bu zaman dərinin qırışması prosesi sürətlənir.

3. Kiçik xətlər: Üzdəki kiçik xətlər bir müddət sonra qırışlara çevrilir. Kiçik qırışlar daha çox göz çevrəsi, dodaq ətrafında yaranır. Bunun qarşısını almaq üçün üzdə bəzi məşqlər etmək lazımdır. Nəmləndirici kremlə hər gün masaj etməyi də unutmayın.

4. Yuxu rejimi: Üzüstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Xüsusən də 30 yaşdan sonra üzüstü yatmaq qırışların çoxalmasına səbəb olur. Çünki dəri nəfəs ala bilmir və üzdə xətlər əmələ gəlir. Neçə müddət eyni pozisiyada qalan dəri qırışmağa başlayır.

5. Siqaret: Siqaret təkcə sağlamlığı məhv etmir, həm də gözəlliyimizi əlimizdən alır. Siqaret çəkənlərin dərisi daha tez qırışır və solğunlaşır.

6. Qidalanma rejimi: A, C, E selenium, dəmir, sink tərkibli antioksidantlar, dərini gücləndirir və qırışmağa qoymur.

7. Səhv kosmetikalar: Kosmetika seçərkən dərini nəmləndirən, kollageni bərpa edən məhsullar olmasına fikir verin. Tərkibində kimyəvi maddələr az olan, mineral bazlar alın.

8. Tez-tez arıqlayıb kökəlməyin. Xüsusən də 30 yaşdan sonra tez-tez arıqlayıb kökəlmək dərinin boşalmasına və sallanmasına gətirib çıxara bilər.

9. Dəriyə mütəmadi olaraq qulluq edin: Pilinq, ya da anti-aqinq tərkibli məhsulları mütəmadi olaraq dəriyə tətbiq edin. Pilinq dərinin yaşlanmasını gecikdirməsi baxımdan çox önəmlidir.

10. Stressdən uzaq durun! Stress keçirən də və hirsli olanda əzələlər dartılır. Dartılma ən çox boyunda, çiyinlərdə və üzdə meydana gəlir. Dəri daha çox dartılmaya məruz qaldıqca cizgilərin yaranmasına zəmin harızlayır.


Tarix: 22.11.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...