Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı fəsil qadınları 5 il qocaldır?

Soyuqların düşməsi ilə insanlarda yorğunluq hissi yaranır, əhval-ruhiyyə korlanır və adətən bir çox heyvanlar kimi yuxuya getmək istəyirik. Qış xüsusilə qadınlara çox problem gətirir, bu mövsüm qadınların düz 5 il qocalmasına səbəb olur.

Amerikanın “Adonia Organics” kosmetoloq şirkətinin tədqiqatçıları bunun səbəbini açıqlayıb. Belə ki, burada əsas rolu işığın çatışmazlığı oynayır. Bununla bağlı nəinki orqanizmdə proseslər dəyişir, hətta insan zahirən də pis görünür.

İlk növbədə insanın dərisi yay mövsümü ilə müqayisədə daha açıq rəngdə olur, ona görə göz altındakı kölgələr daha qabarıq görünür.

Daha sonra D vitamini çatışmazlığı yaranır, bu da məlum olduğu kimi əsasən, gün işığı sayəsində insan orqanizmində toplanır. Buna görə də biz öhdəsindən gələ bilməyəcəyimiz güclü və ağır yorğunluq hiss edirik. Kifayət qədər serotonin hormonu insan orqanizminə yaxşı təsir göstərir, amma qış vaxtı bu maddənin orqanizmdə yaranması çox az müşahidə olunur. Qış vaxtı orqanizmdə D və K vitaminlərinin çatışmazlığı qadınların 4 il 8 ay geri düşməsinə gətirib çıxarır.

Amerika şirkəti iddialarını sübuta yetirmək üçün 500 qadın arasında tədqiqat aparıb. 27 yaşdan 60 yaşadək olan qadınların 82%-nin gözaltı torbalardan əziyyət çəkdiyi məlum olub. Bu göstərici yay vaxtı 38 faiz təşkil edib. Alimlər hesab edirlər ki, havalar istiləşdikcə vəziyyət yaxşılığa doğru getməlidir. İlk növbədə gündə qaralma gözaltı yorğunluğun gizlədilməsinə yardım edir. Ən nəhayəti isə əhval-ruhiyyənin yüksək olması və kifayət qədər vitamin orqanizmə lazım olan serotonin maddəsinin artmasına gətirib çıxarır.

Gözaltı torbaları təəssüf ki, müalicə etmək mümkün deyil, amma vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra üsullar mövcuddur. Alimlər məsləhət görür ki, qış vaxtı sərinləşdirici kompreslər etmək gözaltı torbalara faydalı olar. Belə kompreslər damarların daralmasına səbəb olur, eləcə də vitamin K və retinol tərkibli kremlərindən istifadə etmək də məsləhət görülür. Belə ki, gündüzlər təxminən 15 dəqiqə mürgüləmək çox yaxşı olar, bu şəkildə siz orqanizmi guya çox yatmısınız deyə aldada bilərsiniz. Bundan başqa, az duzlu yemək də gözləriniz altındakı şişlərin azalmasına yardım edən digər amildir


Tarix: 24.11.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...