Çoxlarının yeməkdən seçib ayıraraq yemədiyi soğanın insan sağlığına çox böyük xeyri var. Soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Soğan bədən gücünü artırır, ürək-damar xəstəliklərinin profilaktıkasına yaxşı təsir göstərir, sinirləri sakitləşdirir, xərçəngdən qoruyur, qadın xəstəliklərində mühüm rol oynayır, vitamin və minerallarla zəngindir. Bundan başqa, bir çox xəstəliyə qarşı alternativ müalicə olaraq istifadə olunan tərəvəzdir.
Yeməklərin baş tacı, salatlara ləzzət qatan soğan şəfalı bitkidir. Qoxusu xoş olmasa da, faydalarını saymaqla bitmir. Soğan arıqlamağa da kömək edir. Lakin soğan pəhrizində soğanın özü deyil, suyu istifadə olunur. Arıqlamaq üçün hər vasitəyə əl atan qadınlar heç bir nəticə əldə edə bilməyiblərsə, soğan pəhrizi ilə daha tez arıqlaya bilərlər.
Qaynadılmış soğan suyu pəhrizi
Bu resepti verməzdən əvvəl deyək ki, soğan suyunun başqa faydalarını da hiss edəcəksiniz. Erkən klimaks keçirən qadınlar üçün rahatlaşdırıcı təsirlərə malik olduğu kimi, depressiya, stress və yay yorğunluğunu, xroniki yorğunluq və yuxusuzluq kimi problemlərin də aradan qaldırmasında soğan suyunun böyük rolu var. Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır. Soğan həm toxluq hissi aşılayır, həm həzmi asanlaşdırır, həm də bağırsağı təmizləyir. Bir sözlə, soğan piylənmənin bir nömrəli düşmənidir.
İri bir soğanın qabıqlarını soyub, onu 4 bərabər parçaya bölüb əvvəlcədən qaynadılmış xlorsuz suya (2 stəkan) qoyuruq. Qapağını bağlayıb qaynamağını gözləyirik. On 10 dəqiqə qaynadıqdan sonra qazanda soğan suyu təxminən bir stəkan qalmalıdır. Su boz rəngdə olacaq. Soğan suyu səhər və axşam yeməklərdən əvvəl içilir. Bu əməliyyatı 5-7 və ya 15 gün davam etdirə bilərsiniz. 15 gündən çox istifadə etmək olmaz. Təzə hazırladığınız soğan suyunu isti halda içmək lazımdır.
Quru soğan pəhrizi
2 ədəd iri soğanı soyduqdan sonra suyunu çıxarın. 1 stəkan soğan suyunu günorta yeməyindən əvvəl için. Soğan suyu metabolizmanı sürətləndirərək artıq yağları tez zamanda əridir və orqanizmdən xaric edir.
Saç tökülmə probleminiz varsa, soğan suyu bu problemi də aradan qaldırır. Soğanda olan kükürd baş dərisini bəsləyir və saçların parlamasını təmin edir.
Soğan şorbası pəhrizi
Soğan şorbası təbii antibiotik hesab olunur. Bunun üçün 6 ədəd soğan və yanında soğanın yarısı qədər 2 çeşid tərəvəz, limon və ədviyyat lazımdır. İstəsəniz yağsız ət də əlavə edə bilərsiniz. Yağdan istifadə isə qətiyyən olmaz. Bütün ərzaqları şorba şəklində bişirin. Bu pəhrizi 3 gün ərzində saxlayın və yediklərinizə fikir verin.
Tarix: 25.11.2014 / 11:05 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri