Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeytun yağından maskalar

Zeytun yağı bir çox xəstəliklərə dərmandır. O eyni zamanda gözəllik üçün də əla vasitədir. Belə ki, zeytun yağından hazırlanan maskalar dərini cavanlaşdırır, təravətləndirir, parıltı verir və nəmləndirir.

SUN.az xarici mətbuata istinadən zeytun yağından hazırlaya biləcəyiniz maskalar təqdim edir:

Eyni miqdarda zeytun yağını və limon şirəsini qarışdırıb, həftədə 2 dəfə üzə sürtmək, sizi qırışlardan azad edər.

Zeytun yağına iri duz əlavə edib, qarışığı əllərə və ayaqlara sürtmək, dərini hamarlaşdırıb, qocalmanın qarşısını alar.

Dırnaqları 5-10 dəqiqə isidilmiş zeytun yağında saxlayıb, sonra onlara yod sürtmək dırnaq soyulmasının qarşısını alar və onları bərkidər.

1 yumurtanın sarısı, 2 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı zeytun yağı və 0,5 lt. pivəni yaxşıca qarışdırıb, saçlara 30 dəqiqəlik maska edin. Başı yuduqdan sonra saçları limonlu su ilə yaxalayın. Bu maska tük soğanaqlarını bərkidib, saçları parlaq edəcək.

Quru və tez qırılan saçlar üçün növbəti maskanı sınaya bilərsən: 70 qr. zeytun və 5 damcı lavanda yağını baş dərisinə sürtüb, polietilen kağızla örtüb, səhərə kimi başda saxlamaq lazımdır.

Dişlərin möhkəm olması üçün barmağını zeytun yağında isladıb, damağı və dişləri yorulana kimi masaj edin.


Tarix: 24.11.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...