Özünüzü məhrum etməyin
Sevdiyiniz bir şeyi yeməkdən özünüzü məhrum etməyin, ancaq sevirsiz deyə bir qutu şokoladı yeməklə arıq qalmaq mümkün deyil. Bir ədəd yediniz bəs edər.
Yuxuya boş yanaşmayın
Maddələr mübadiləsinin sürətlənməsində sağlam yuxunun önəmini dərk edin.
Duyğularınızı yeməyə qarışdırmayın
Qadınlar kədərli olanda tez şirniyyata qaçırlar. Belə etməyin! Əgər nəsə yemək istəyirsinizsə, meyvə yeyin.
İdman üçün özünüzə fürsət tanıyın
Əlinizə keçən hər fürsəti idman üçün dəyərləndirin. Lifti və yaxın məsafəni getmək üçün istifadə etdiyiniz taksini həyatınızdan çıxarın.
Göyərti
Yeməyə başlamadan əvvəl salat yeyin. Qabınıza o qədər çox salat, göyərti qoyun ki, başq yeməklərə yer qalmasın.
Zəngin, ancaq sağlam səhər yeməyi
Səhərlər nə yediyinizin bütün gününüzə təsir etdiyini unutmayın.
Tərəziyə çıxmaqdan qorxmayın
Qadınların çoxu həqiqətlə üzləşməmək üçün tərəziyə çıxmaqdan qorxurlar. Ancaq bunu etmək sizi arıqlatmayacaq.
Çəkiniz kompleksiniz olmasın
Arıq olmaq sağlam olduğunuz anlamına gəlmir. Çəkili olduğunuz üçün özünüzü qınayıb hamıdan qaçmaqdansa, özünüzü sevərək sağlam çəkiyə çatmağa çalışın.
Dolana qədər deyil, doyana qədər yeyin
Yavaş yemək doyduğunuzu anlamanıza kömək edəcək. Tez-tez yemək sizi birdən-birə köpdürər.
Qabınızı doldurarkən seçici davranın
Sevdiyiniz yeməklərin hər birindən az-az seçə bilərsiz.
Tarix: 25.11.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri