Qadınların əks cinsdə yaxşı təəssürat oyatmaq, daha yaxşı və gözəl görünmək üçün makiyaj etməsi sirr deyil. Bunun üçün saatlarla güzgünün qabağında dayanmağa gərək yoxdur. Kişilər daha təbii və sadə makiyaj edilən simanı bəyənirlər. Tabloid.az kişilərin makiyaj haqqında fikirlərini təqdim edir:
Qaraldıcı kremlər: Bikini ilə günəşlənərkən qaralanda heç bir problem çıxartmayan kişilər üçün qaraldıcı kremlər çəkmək dünya futbol çempionatının toyla eyni günə təsadüf etməsi qədər faciəlidir. Psixoloqlar bunu belə açıqlayır: Kişilər üçün sağlam görünən dəri qadının yaxşı genlərə sahib olduğu deməkdir. Təbii olmayan süni şəkildə kremlərlə qaralmış dəri isə əksini ifadə edir. Modern kişilərin təbiilik eşqi makiyaj çantanızdakı süni qaraldıcı kremləri nəmləndirici kremlərlə əvəz etməli olduğunuzu deyir.
Qadınlar ən çox vücüdlarına krem çəkərkən seksual görünürlər. Kişilər qadınların bədənlərinə krem çəkərkən cazibədar olduğunu düşünür. Krem çəkərkən o əllərini sizdən uzaq saxlaya bilməyəcək.
Kişilər ilk olaraq gözlərə diqqət edir. Araşdrımada məlum olub ki, kişilərin diqqətini çəkən ilk şey gözlərdir. Yəni, gözlərin kişilər üzərində təsiri çox böyükdür. Kişilər göz qələmi ilə vurğulanmış və gözlərə diqqət çəkən makiyajı çox cazibədar hesab edirlər. Yorğun və solğun baxışlara tək qələmlə dərin məna vermək çətin iş deyil. Layneri əvvəllcə göz kənarlarına nazik şəkildə çəkin, orta hissəsinə gəldikdə xətti qalınlaşdırın. Sona çatdığınızda layneri yuxarıya tərəf qıvrılan quyruq çəkin. Layner quruyana qədər gözləri qapalı saxlayın. Beləcə dağılmasının qarşısını alacaqsınız.
Göz makiyajı: Kişilər parlaq və tünd rəngli göz makiyajını çox da cəlbedici hesab etmir. Çəhrayı, sarı rəng kimi tonlar onlara görə deyil. Onların idealı neytral tonlarda göz tonlarıdır. Qara və qəhvəyi rəngli göz qələmi ilə gözlərinizin gözəlliyini gizlətməyin. Açıq göy rənglə gözünüzə dumanlı bir şəkil verin.
Süni kirpiklər: Taxma kirpiklərə qarşı olduğlarını da bildirməyə ehtiyac yoxdur. Taxma saç, taxma kirpik kimi həqiqi olmayan şeylər, onlar üçün heç də cəlbedici deyil. Təkcə tuş kifayətdir.
Təbii makiyaj: Əlbəttə, kişilər makiyaja qarşı deyillər. Lakin həddindən artıq makiyaj edilmiş üz onları qıcıqlandırır. Çox makiyajı sevmirlər. Təbii makiyaj, onlar üçün ən yaxşısıdır. Tuş, yüngül ənlik və dodaq boyası kifayətdir.
Ənlik: Zərif çəhrayı yanaqlar kişinin ürəyini fəth etmək üçün ən güclü silahdır. Müxtəlif araşdırmalar nəticəsində sübut olunub ki, kişilər çəhrayı yanaqları daha intimi görürlər. Onun üçün də ənliyi yüngül çəkin.
Dodaq makiyajı: Parlaq və tünd dodaq makiyajı ilk baxışda gözə dəyir, amma kişilər üçün öpüləsi dodaq mənasını vermir. Onlar üçün öpüləsi dodaqlar, dodaq parıltısı, yaxud da üzünüzün tonunu tamamlayan boyadan ibarətdir.
Tonal kremi heç sevmirlər! Üzün boyasız olmağını üstün tuturlar. Qəlib kimi üzlər onlara lazım deyil.
Tarix: 24.11.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri