Yay aylarında ağcaqanadlar hamının probleminə çevrilir. Bəzən ağcaqanad və müxtəlif böcəklərin sancdıqları yerlərdə iz qalır və bu, insanı narahat edir.
Həkimlər bildirirlər ki, bütün sancmalar bir həftə ərzində sağalır və heç bir iz qalmır. Ancaq sancılan bölgəni qaşımaq qalıcı dəri ləkələrinə səbəb ola bilir.
Ekspertlərin sözlərinə görə, ağcaqanadı və ya başqa böcəklərin sancdığı bölgələri dezodrant, uşaq yağı, ətirli kosmetik vasitələrlə silmək yanlışdır. Bunlar dəridə ləkələnməyə səbəb olur.
Bəs nə etmək lazımdır?
Ağcaqanad sancmalarının tez zamanda sağalması və iz qalmaması üçün həmin bölgəni spirtlə təmizləmək və allergiyaya qarşı olan kremlərdən çəkmək lazımdır.
Qeyd edək ki, ağcaqanadları evdən uzaqlaşdırmaq üçün istifadə olunan vasitələr və bədənə çəkilən kremlər zərərlidir. Həkimlər bunlardan istifadəni məsləhət görmürlər.
Tarix: 24.11.2014 / 17:14 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri