Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzünüzü yağdan xilas edin!

Yağlı dəriyə sahib xanımlar xüsusilə də, yaz və yay aylarında problem yaşayırlar. İsti hava, çirklilik və Günəşin zərərli şüası üzdə yağın miqdarını artırır. Bu da sızanaqların və digər dəri problemlərinin yaranmasına şərait yaradır.

Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.

Sun.az üzünüzü yağdan xilas edəcək məsləhətləri təqdim edir:

1.Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla üzünüzə qatıq və ya kefir çəkin və 15 dəqiqədən sonra sərin su ilə üzünüzü yuyun.

2.Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarmasını əlavə edin. Alınan qarışığı sıyıq şəklini alana qədər qaynadılmış su ilə durulaşdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun.

3.Bir xörək qaşığı mayanın üzərinə 2-3 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi və 1 neçə damcı 3 faizli hidrogen peroksid məhlulu əlavə edərək qarışdırın. Alınan maskanı köpüklü şəkildə üzün dərisinə çəkib 15 dəqiqə saxlayın. Daha sonra üzünüzü soyuq su ilə yuyun.


Tarix: 24.11.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...