Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə qadını 5 yaş daha cavan göstərir?

Elə bilirsiniz ki, daha cavan görünmək üçün plastik cərrahlara pul tökmək lazımdır? Qətiyyən belə deyil! Əslində, cavan qalmaq və cazibədar görünmək öz əlimizdədir. Necə? Bunu ancaq yazını oxuduqdan sonra öyrənə bilərsiniz.

Makiyaj vərdişlərini dəyişdirin!

İnsan dəyişiklik edəndə özünü daha gənc hiss edir. Rəngli nəmləndircilər dərinin parlaq və daha gənc görünməsinə yardım edir. Dodaqlar zamanla təbii dolğunlunu itirir. Bu zaman iki qat parladıcı çəkməklə problemi aradan qaldıra bilərsiniz.

Yuxu rejiminə əməl edin!

Az yatmaq insan ömrünü qısaldır. Həm də daha tez qocalmaya səbəb olur. Xroniki yorğunluqdan sonra hormonlar işləmir və orqanizm köklük, depressiya kimi müxtəlif xəstəliklərlə mübarizə apara bilmir. Günün verdiyi gərginliyi azaltmaq üçün normal yuxu rejiminə əməl edin.

Qırmızı rəng hər yerdə xilas edir!

Qarpız, çiyələk və pomidor kimi qırmızı qidaların tərkibindəki maddələr qocalmanı gecikdirir. Qarpız və pomidor yaşlama əleyhinə xüsusiyyətlərə sahib olduğu üçün güclü antioksidant hesab olunur.

Nə baş verməsindən asılı olmayaraq, üzünüzdən təbəssümü əskik etməyin!

Süni təbəssümdən bəhs etmirik! Aparılan araşdırmalara görə, adi gülüş insanı olduğundan 3 yaş daha cavan göstərir.

Açıq tonların cazibəsindən yararlanın!

Tünd və qırmızı tonlar bütün diqqəti əllərə toplayır. Günəş və dəri ləkələriinin bilinməməsini istəyirsinizsə, üstünülüyü açıq dırnaq boyalarına verin.

Əyləncəli idman növlərinə yazılın!

İdmanın insanı gümrah etdiyini hamımız bilirik. Amma əyləncəliyi idman növlərinin təsiri daha güclüdür. İdmanla məşğul olmaq sizə əziyyət kimi görünməsin. Qaçmağı sevmirsinizsə, yoqanı sınaqdan keçirin. Yoqanı xoşlamırsınızsa, aerobika ilə məşğul olun. Yaxud da üzgüçülüyə gedin.

SPF tərkibli günəş şüası əleyhinə olan kremləri unutmayın!

Bunu dəfələrlə desək də, qadınların çoxu günəş qoruyucu kremləri çəkməyə tənbəllik edir. Bu kremlərin dəri üçün nə qədər əhəmiyyətli olduğunu, unutmayın. Buludlu günlərdə belə günəş əleyhinə nəmləndirici krem çəkməmiş evdən çıxmayın.

Bir az fasilə…

Çılğın və gülməli videolara baxanda qəhqəhəyə boğuluruq. Beləcə həm stress atır, həm də əhvalımız gün boyu əla olur. Maraqlı videolara baxaraq bir az əylənin!

Gəzin!

Aparılan araşdırmalarda məlum olub ki, sosial çevrəsi geniş insanlar özünü daha gənc hiss edir. Dostalrınızı toplayıb bir axşam gəzintisinə çıxın, əylənin, deyin, gülün və yeni insanlarla tanış olun... Bu həm də özünə güvəni artırır.

Siyahı tutun!

Etməyi düşündüyünüz o qədər fəaliyyət növü var ki… Lakin heç cürə vaxt tapa bilmirsiniz. Qələm, vərəq alıb siyahı tutun. Arzuları həyata keçirmək üçün vaxt müəyyən edin.


Tarix: 24.11.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...