Gözəlliyi və ideal bədən quruluşu ilə hər kəsi heyran qoyan İvana Sert, gözəllik sirlərini paylaşıb.
Xəyallarını reallaşdırmaq üçün gözəllik yarışmasına qatılan və beləcə Türkiyəyə gələn İvana, gözəllik şahzadəsi ola bilmədi. Lakin sonradan qazandığı uğurlar sayəsində özünü məşhurlaşdırmağa və haqqında hamının danışmasını bacardı. O, türk kişisi ilə ailə həyatı qurdu və bir uşaq sahibi oldu. Dünyaya bir uşaq gətirmnəsinə baxmayaraq, gözəlliyindən və formundan heç nə itirməyib. İdeal bədən quruluşu və gur saçları ilə hər zaman gündəmdə qala bildi.
O, hər gün efirdə olduğu üçün çox makiyaj edir. Buna görə də dərisi qızarır. İvana, hər axşam makiyajını təmzilədikdən sonra üzünü sakitləşdirmək üçün Bepanthem məlhəmi istifadə edir. Siz də hər gün yatmazdan əvvəl dərini təmizləyib nəmləndirici çəkin. Bunun sayəsində dəriniz siz yatarkən özü yeniləcək. İvana, dərisnə xüsusi baxım etdirir və həkimi Serbiyadan gəlir. Həkimin məhz onun üçün hazırladığı özəl toniklərdən və kremlərdən istifadə edir. Dərinin ehtiyacı olan peelinqi edin. Peelinqdən sonra dərini nəmləndirməyi qətiyyən unutmayın.
Yağlı dərisi olduğu üçün yediklərinə diqqət edir. Yağlı dərilərə uyğun kosmetik məhsullar alır. Xüsusən də dərisi tez-tez parladığı üçün kirşanını həmişə yanında gəzdirir. Kirşan dərisinin parlamasını azaldır və makiyajın axmasına mane olur.
İvana dərisinin gənc qalması üçün çoxlu maye qəbul edir və tərkibində maye olan meyvə və tərvəzlər yeyir. Beləcə vücudundakı toksinləri atıb, daha canlı dəriyə sahib olur.
Tarix: 15.06.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri