Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoltuq altı üçün ağardıcı maska

Qoltuq altının qaralmasının ən böyük səbəblərindən biri dəridə ölü hüceyrələrin yığılmasıdır.Sun.az qoltuq altını ağardan resepti təqdim edir.

Reseptdə yer alan şəkər dəriyə piling təsiri göstərərək ölü hüceyrələri dəridən çıxarır. Limon antibakterial, antiseptik və dəri rəngi açıcı olaraq hər kəsə məlumdur. Bu xüsusiyyətləri sayəsində qoltuq altını da ağartmağa kömək edir. Maskada istifadə olunan kartof isə qısa zaman ərzində ağ qoltuq altına sahib olmağınızda mühüm rol oynayır.

İnqrediyentlər:

Kartof

Limon

Qovrulmuş şəkər

Hazırlanma qaydası:

2 xörək qaşığı qabığı ilə birlikdə sürtgəcdən keçirilmiş kartof

2 xörək qaşığı limon suyu

Odda qovrulub soyudulmuş 1 xörək qaşığı şəkər.

Bunlar üçü də bir yerdə qarışdırılır.

İstifadə qaydası:

Bu maskanı qoltuq altının qaralan hissələrinə sürtün. 20 dəqiqə saxlayıb yuyun. Yaxşı nəticə üçün maskanı 15 gündən bir etmək lazımdır.


Tarix: 24.11.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...