Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizanaqlarla mubarize.

1.Aspirin: Uşaqların yetginlik çağlarında tək-tük sızanaqları olur. Bir aspirini əzərək və çox az su ilə bunu isladaraq sizi bezdirən sızanaqların üzərinə sürtün. Sızanağın üzərində bir neçə dəqiqə saxlayın sonra sabun və su ilə yuyun. Bu qızartını azaldacaq və ağrını yox edəcəkdir. Əgər sızanaq hələ də keçməzsə, bu üsulu sızanağınız tamamilə yaxşılaşana qədər hərgün təkrar edin.


2.Zeytun Yağı: Sızanağı müalicə etmək üçün üzünüzə zeytun yağı sürtmək biraz gülünc gələ bilər. Amma bir çox insan bunun işə yaradığını söyləyir. 3 yemək qaşığı zeytun yağı ilə 4 yemək qaşığı duzu qarışdırın və məcun hazırlayın. Qarışığı əlinizə və barmaqlarınıza sürtün və üzünüzə yayın. Bir iki dəqiqə gözlədikdən sonra ilıq və sabunlu suyla üzünüzü durulayın. Bir həftə müddətində bunu hər gün edin daha sonra isə bu üsulu həftədə 2 ya da 3 dəfə edin. Üzünüzdə bir yaxşılaşma hiss edəcəksiniz. Zeytun yağı cildin təbii nəmini yaxşılaşdırarkən duz da məsamələri təmizləyir.


3.Diş Məcunu: Üzünüzün ortasında böyük olan sızanaqdan şikayətlənirsinizsə, sızanağın üzərinə gel və ağardıcı olmayan diş məcunu sürtün. Səhərə qədər sızanağınız qurumuş olacaq. Diş məcunu sızanağın suyunu alır və yağını içinə çəkir. Bu üsul çox işə yarayır. Amma həssas dərilərdə iltihab yarana bilər.


Tarix: 27.06.2013 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...