Üzünüzü sabunla yuyarkən dərinin təmizləndiyini və sızanaqların quruyacağını düşünürsünüzsə, yanılırsınız. Sabun dəridəki bütün yağları aparır. Halbuki, dərinin təbii sebum yağına ehtiyacı var. Sebum yağı dərini qoruyur və gözəl görüntü yaradır. Sabunladıqdan sonra dəri tez quruyursa, PH balansına uyğun olmadığı mənasına gəlir. Aşırı yağlı sabunlar məsamələri bağlayır və nəfəs almasına mane olur. Qara nöqtə və ləkələrin yaranmasına gətirib çıxarır. Dərinin təbiiliyini qorumaq üçün PH 5.5-6.5 sabunları seçin.
Sızanaqlı dərilər üçün xüsusi hazırlanmış, quruducu və dəri yeniləyici xüsusiyyətə malik sabunlar alın. Sabun dəriyə aşırı quruluq yaradır və sızanaqlarda sağalma hiss olunmursa, sabun növünü dəyişdirin.
* Kakao yağı tərkibli sabunlar quru dərilər üçün uyğundur. Dərini nəmləndirir və parlaqlıq bəxş edir. Şəffaf sabunların tərkibində qliserin var. Digər sabunlarla daha yumşaqdır və həssas dərilər dərilər üçün idealdır.
* Zeytun yağı tərkibli sabunlar dərini nəmləndirir. Əgər yağlı və qarışıq dəriyə maliksinizsə, sabunlar dəridə sızanaq çıxmasına zəmin yaradır. Zeytun yağlı sabunlar quru dərilər üçün uyğundur.
* Dəri baxımı və gözəllik üçün hazırlanmış sabunlar, çox rahat yuyulur və məsamələri bağlamır. Adi sabunlar yerinə bu sabunlardan istifadə edin.
* Dəri təmizliyində sabundan istifadə etmək bir vərdiş halına gəlibsə və vaz keçə bilmirisinizsə, aşağıdakıları nəzərə alın.
* Üzünüzü sabunla yuduqdan sonra mütləq bol ilıq su ilə yaxşıca yaxalayın.
* Dəri tipiniz mövsümlərə görə dəyişə bilər. Yazda yağlı olan dəri qış mövsümündə quruya bilər. Bu halda olduğunuz mühitə görə sabun seçin.
* Üz təmizliyi üçün ailədə sabunları ortaq istifadə etmək gigiyenik cəhətdən düz deyil. Əks halda sabun üzərində bakteriyalar üzünüzə daşına bilər.
Tarix: 28.06.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri