Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlarımıza qulluq edək..

Saçlarınız uzanmır ya da hər daradığınızda ovuc - ovuc tökülürmü? Bu zaman ilk çarə kəsdirmək deyil.

Bunun üçün ilk öncə saçlarınıza baxım edəcək maskanı tapmalısınız.

Saçlarınızın sürətli uzanması, baxımlı görünməsi və tökülməməsi üçün bu günə qədər bir çox kosmetik məhsullardan istifadə etmişsəniz və istədiyiniz nəticəni görməmisinizsə, o zaman bir də evdə edilən maskalardan istifadə edin.



Quru və köhnəlmiş saçlara özəl maskalar.



Əgər saçlarınız istədiyiniz şəkilə girmir, elektriklənir və pis görünürsə, bu maskalar sizin dərdinizə çarə olabilər.



Yumurta maskası

2 ədəd yumurtanı, 2 yemək qaşığı suyla yaxşıca çırpın. Daha sonra bu qarışımı saçlarınızın dibinə doğru masajla yedirin. 10-15 dəqiqə saçınızda gözlətdikdən sonra yuyun..





Banan maskası

1 ədəd əzilmiş bananı, 1 ədəd yumurta, 3 yemək qaşığı bal, 3 yemek qaşığı süd və 5 yemək qaşığı zeytun yağıyla qarışdırın. Yaxşı qarışdığından əmin olduqdan sonra bütün saçınıza sürtün. 15-30 dəqiqə saçınızda gözlətdikdən sonra yuyun.





Zeytun yağı maskası

5 yemək qaşığı zeytun yağını 2 yumurtayla qarışdırın. Saçınıza masaj yardımıyla çəkdikdən sonra saçınızı bağlayın. 30 dəqiqə boyunca saçınızda qaldıqdan sonra saçınızı yuyun.



Ballı zeytun yağı maskası

3 yemək qaşığı zeytun yağını, 2 yemək qaşığı balla qarışdırıb,saçınıza çəkib,30 dəqiqə saxlayın və daha sonra yuyun.



Südlü bal maskası

1 yemək qaşığı balı südlə qarışdırın. Saçınıza çəkdikdən sonra 15 dəqiqə gözləyib,yuyun.



Kəpəkli saçlar üçün maskalar.



Sirke maskesi

2 çay qaşığı sirkəni 6 çay qaşığı suyla qarışdırın və yatmadan öncə saç dərinizə çəkin. Saçınızı dəsmalla bağlayın.

Səhəri gün saçınızı yuyun və saçınızı durularkən təkrar sirkə ilə durulayın. Bu maskanı 3 ay boyunca həftədə bir dəfə edin.



Aspirin maskesi

2 ədəd aspirini suyun içində həll edib, daha sonra şampunla birlikdə saçınıza tökün.



Mat saçları canlandıran maskalar.



Sarışınlar üçün..

Yarım litr suyun içinə 2 yemək qaşığı limon suyunu tökün. Saçınızı normal şəkildə yuduqdan sonra son durulama suyu olaraq

bu qarışımı istifadə edin.



Qumrallar və qızıl saçlı xanımlar üçün..

Yarım litr suyun içinə 1 yemək qaşığı alma sirkəsi əlavə edib, son durulama suyu olaraq bu qarışımı saçlarınıza tökün.



Bal maskası

1 yemək qaşığı balı, 4 fincan ilıq suyun içinə qarışdırın. Balın suyun içində əridiyindən əmin olduqdan və saçlarınızı

şampunladıqdan sonra bu suyu tökün. Saçlarınızı yumayın..


Tarix: 26.06.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...