Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı həkimdən məsləhət: saç tökülməsinin qarşısını necə almalı?

Saçları qətiyyən tünd rənglə rəngləmək olmaz

Bunu həkim-dermatoloq Vaqif Abdullayev bildirib. Onun sözlərinə görə, bu, baş dərisində onkoloji xəstəliyin yaranmasına səbəb ola bilər.
V.Abdullayev bildirib ki, saçın rənginin açılması da dəriyə ziyandır və saç köklərinin funksiyasını poza bilər. Həkim rəng əvəzinə xınadan istifadə olunmasını məsləhət bilir.
"Saç tökülməsinin müxtəlif səbəbləri ola bilər. Autoimmun xəstəliklərindən tutmuş orqanizmdə ümumi balansın pozulmasınadək. Dermatoloq saçın tökülməsilə bağlı diaqnoz qoymamışdan əvvəl pasiyenti saçın tökülmə özəlliyinə uyğun olaraq, başqa həkimlərə yönləndirməlidir: endokrinoloqa, ginekoloqa, terapevtə və sair", - deyə V.Abdullayev bildirib.
Həkimin sözlərinə görə, saç tökülməsinə qeyri-rasional qidalanma, orqanizmdə karbohidratların, vitaminlərin, mineral maddələrin çatışmaması, həmçinin qanda müxtəlif bakteriyalar, infeksiyalar, stres, əsəb sisteminin pozulması səbəb ola bilər:

"Saçı hava şəraitindən asılı olaraq da qorumaq lazımdır. Yayda və qışda mütləq baş geyimindən istifadə olunmalıdır. Bu, saçı şaxtadan və günəş şüalarından qoruyur".

Həkim saç tökülməsini önləmək üçün fendən mütəmadi istifadə etməməyi, bitki və meyvə tərkibli şampun və maskalardan istifadəni, kimyəvi elementlərlə dolu preparatların qəbulundan qaçmağı, saçlara sarımsaq maskası çəkməyi də məsləhət bilir. Onun sözlərinə görə, saçı həftədə 2 dəfədən artıq yumaq düzgün deyil.

Tarix: 24.11.2014 / 10:30 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...