Saçınızla əlaqədar çətinliyiniz varmı? Çox quru ya da çoxmu seyrəkdir? Saç problemlərinizin sadə həlləri var….
1. Çox quru saçlar
Şampunu yalnız əllərinizlə yaş saçın diblərinə paylanın və yüngülcə yedirin.Yaxalarkən saçın içindən axacaq olan şampun, saçları təmizləmək üçün kifayətdir. Beləcə saçlarınızın bir az daha qurumasını önləmiş olarsınız.
2. Normal saçlar
Şampunu dairəvi hərəkətlərlə saça yedirin, dərhal ardından yaxşıca durulayın. Əgər başınızda şampun artığı qalsa, saçlarınız matlaşar və quruyar. Qayda : Şampuanlamaq üçün sərf etdiyiniz vaxtın üç misli qədərini yaxalamaq üçün istifadə edin.
3. İlıq su ilə yaxalayın
Saçlarımız həssas olduqlarından, çox isti suyu sevməzlər. İlıq su, saçların zərər görməməsi üçün idealdır. Hətta bacara bilənlər, saçlarını soyuq su ilə yumalıdır. Soyuq su , saçlara mükəmməl bir parlaqlıq verər.
4. Ən yaxşı fen strategiyası
Saçları yuduqdan sonra diqqətlə ayırın. İsidilmiş bir dəsmalla qurudun. Feni ən aşağı nizama gətirib, saçları çox - çox qarışdırmadan tam quruyana qədər fenləyin, sonra fenü daha yüksək istiliyə gətirib, yumru bir fırçayla şəkilləndirmə işinə başlayın. Feni saçınızdan ən az 15 santimetr uzaq saxlayın.
5. Nəzakətli olun
Yaş saçlar, yüngülcə şişmişlər. Bu səbəbdən tez qırıla bilərlər. Daramaq üçün ayrı dişli, mümkünsə kauçuk və ya taxtadan, əl istehsalı bir daraq istifadə edin . Ucuz plastik daraqları seçməyin.
6. Çoxmu stresslisiniz?
Saçlarınızı yuyarkən başınıza masaj etsəniz, xoşbəxtlik hormonlarınızı aktiv edərsiniz. Barmaq ucları ilə dairələr çəkərək, gicgahlardan saç diblərinə doğru masaj edin. Oradan təkrar qulaqlara doğru enin. Sonra peysərinizə doğru davam edin. Bunları edərkən dərin dərin nəfəs alıb verin.
7. Ön fikirləri unudun
Yağlı saçların hər gün yuyulduqları zaman daha tez yağlanırla əlaqədar nağılları unudun. Əgər özünüzü daha baxımlı hiss edəcəksinizsə, hər gün duş ala bilərsiniz. Əhəmiyyətli olan, yumşaq bir şampun istifadə etməniz. Şampunu saçınızda gözlətməyin və dərhal yuyun.
8. Saç kremi
Kremi xüsusilə saçın aşağı sallanan qisimlərinə və uclarına sürün. Saç diblərindəki ilk 3 santimetrə gəlməməsini təmin edin. Diblərdə çıxan yeni saçların əlavə bir qulluqa ehtiyacı yoxdur.
9. Çox seyrək saçlar
İncə telli saçlar, yağlı məhsulları qəbul edə bilməz.Ən yaxşısı, nəmli (və ya quru) saçlara nəmləndirici sprey sıxmaqdır. Sprey, elektrik meydana gəlməsini və saç tellərinin 'uçuşmasına maneə olar.
10.. Tətildə qulluq
Tətildəykən saçlarınız formaya girmirsə, bu vəziyyət olduğunuz yerdəki suyun ehtiva etdiyi mineral nisbətindən qaynaqlana bilər. Həll üçün saçlarınızı yuduqdan sonra içmə suyu ilə durulayın.
11. Saç maskaları
Maskalar, xüsusilə isti mühitlərdə saça daha yaxşı nüfuz edərlər. Ən idealı, müalicəvi maskanı dəsmalla nəmini götürdüyünüz saçınıza, incə dəstələr halında sürərək yedirin. Sonra saçınızı isti fenle istilədin və başınızı alüminium bir falqa kağızı ilə sarın, üstünə də isidilmiş bir dəsmal örtün. Ən az yarım saat təsir etməsini gözləyin. Çox təsirli bir başqa üsul da, buxarlı mühitdə saç maskası tətbiq etməkdir (yenə eyni şəkildə dəsmal altında)
12. Doğuşdan güclü və qalın saçlar
Bu tip saçlar şəkil aldıqlarında sanki yuxu kimidir. Lakin şəkil almaq istəməzlər və üsyankardırlar. Doğru strategiyayla onları hökmünüz altına ala bilərsiniz: a) Hər gün yumayın,həftədə 1-2 dəfə yumaq kafi. b) Hər yumadan sonra saç kremini sürün və hər dörd yumada bir maska tətbiq edin.
Tarix: 06.07.2013 / 12:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri