Kobudlaşmış dəri üçün skrab:
Qəhvədanda qalan qəhvə çöküntüsünü ilıq bitki yağı ilə qarışdırın.Quru dərili xanimlar yağı xama ilə əvəz edə bilərlər.Maskanı üz və dekolte nahiyyəsinə sürtüb,5-10 dəqiqə masaj edin.10 dəqiqə saxlayıb,ilıq su ilə yuyun.Maskanı hər həftə etmək olar.Digər bir özəlliyi isə dəriniz qarabuğdayı çalar alacaq.
Kobudlaşmış dəri üçün balzam:
100 q herkules yarmasını qəhvəüyüdəndən keçirib üzərinə 200 q.isti süd ve 1 x.q. bitki yağı əlavə edin.Üzünüzdə 20 dəqiqə saxlayıb,ilıq su ilə yuyun.Həftədə 1-2 dəfə edə bilərsiz,müalicə kursu 5-10 prosedurdur.
Yorğun gözlər üçün kompress:
Gözləriniz komputerdən yorulub,və ya siqaret tüstüsü olan otaqda çox qalmısınızsa,gözlərinizə cəfəri kompressi kömək edər.Ondan lazım gələrsə hər axsam istifadə edə bilərsiniz!
Dərini təravətləndirən maska:
Bir naringini əzib,püre halına salın.Üz və dekolte nahiyyənizə qalın qatla çəkin.20-30 dəqiqədən sonra ilıq su ilə yuyun.Müalicə kursu həftədə 2 dəfə 10 prosedurdur.Bu maska dərini yaxşı təmizləyir.
Quru dəri üçün maska:
Bir qeypfrutu sıxıb çirəsini üz və boynunuza vurun.Lətini xama cə çiy yumurta sarısı ilə qarışdırıb üz və boyun nayihəsində 20 dəqiqə saxlayandan sonra ilıq su ilə yuyun.Müalicə kursu həftədə 2-3 dəfədir.
Yağlı dəri üçün maska:
Bir geypfrutun şirəsini yulaf unu ilə elə qarışdırın ki,püre halına düşsün.Əvvəlcə üzünüzü təmiz qeypfrut şirəsi ilə silin,sonra maskanı çəkib,qurumasını gözləyin.Maskanı ilıq su ilə yuyun.Müalicə kursu həftədə 2-3 dəfə 10 prosedurdur.
Tarix: 25.06.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri