Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuj çəkərkən bu səhvləri etməyin

Bir neçə qat çəkməyin!
Tujun bir ya da ən çox iki qat çəkilməsi lazım olduğunu söyləyən makiyaj mütəxəssisləri, 3-4 qat çəkməkdə israr etdiyiniz tujun kirpiklərinizdə meydana gətirdiyi görünüşün bir fəlakətə gətirib çıxardığını söyləyir. Kirpiklərinizi daha uzun və ya daha sıx göstərməyə çalışmaq kimi yaxşı niyyətləriniz olduğunu bilirik, ancaq çox təəssüf ki bu hərəkətin tək nəticəsi boyanın kirpiklərinizdə topalanmış halda dayanması olur.
Fırçanı salıb- salıb çıxarmayın!
Tujun hansı məqsədlə istifadə edildiyini öyrəndiyimiz gündən bəri tək etdiyimiz hər istifadə əvvəli fırçanı içinə salıb -salıb çıxarmaq olur. Halbuki tujun içinə girən hava, bir az daha tez pozulmasına və topalanmasına gətirib çıxarır.
Kirpik qıvırıcını tuja çəkdikdən ən sonra istifadə etməyin!
Kirpik qıvırıcını, icad edənə hər ağılınıza gəldiyində təşəkkürlərinizi təqdim edəcək qədər çox sevir ola bilərsiniz. Amma əgər tujunuzu çəkdikdən sonra kirpiklərinizi qıvırırsınızsa onlara verə biləcəyiniz ən böyük zərəri verirsiniz deməkdir. Bizdən söyləməsi; kirpik qıvırıcını daim təmiz kirpiklərinizə tətbiq edin!
Tuju kirpiklərinizin yalnız ucuna çəkməyin!
Yaxşı bir başlanğıc yaxşı bir nəticə deməkdir. Tuju çəkməyə kirpiklərinizin ucundan başlarsınızsa istəmədən də olsa onların daha qısa görünmələrinə gətirib çıxararsınız. Kirpik diblərinizdən çəkməyə başlayaraq zəmini qüvvətli tutarsanızsa, yenidən yaratmağa çalışdığınız kirpikləriniz daha uzun görünəcək.
Göz qapağınızın içinə bulaşdırmayın!
Tuju nəzakətlicə deyil də gərəyindən çox qüvvət tətbiq edərək çəkməniz, göz qapağınızın iç tərəfində istənməyən tuj izlərinə gətirib çıxaracaq. Buna görə ya tətbiq əsnasında daha diqqətli davranmağa çalışın ya da bulaşan çox boyaları qulaq çubuğu köməyiylə təmizləyin.
Aldığınız tarixi xatırlamadığınız tujları istifadə etməyin!
Aldığınız tarixi xatırlamadığınızdan o tujun bir xeyli köhnə olduğu nəticəsini çıxarırıq. "Amma heç istifadə etmədim, çox az istifadə etdim" kimi bəhanələrə qulaqlarımızı tıxayır, dərhal indi köhnəlmiş tuju zibilə atmanızı təklif edirik. Çünki siz gözünüzlə görməsinizsə də, fırçanı tujdan çıxarıb sonra yerinə yenidən saldığımızda tuj havayla təmas edir və içində istənməyən bakteriyalar törəyir.


Tarix: 16.06.2013 / 13:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...