Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçın ağarmaması üçün nə edək!

Saçların erkən ağarması zamanı onları gicitkən kökü və yarpaqlarından hazırlanmış cövhərlə yaxalamaq lazımdır. Bunun üçün 500 qram quru gicitkənin üzərinə 0,5 litr su və 0,5 litr sirkə əlavə edərək yarım saat qaynadın. Soyuduqdan sonra süzün və 1 neçə gün ərzində hər axşam başınızın dərisini maye ilə silin. Təbii rəngli şabalıdı olan saçlar ağarmağa başlayanda aşağıdakı maskadan istifadə etmək lazımdır.
1 xörək qaşığı rəngsiz xına, 1 xörək qaşığı kakao, əvvəlcədən suda isladılmış bir siqaretin tütünü, 5 ədəd əzilmiş mixək, 1 xörək qaşığı turşumuş süd, 5 millilitr A vitamini, 1 xörək qaşığı zeytun yağı və 1 yumurta sarısını qarışdırın. Alınan maska orta qatılıqda olmalıdır. Maska çox qatı olduğu halda ona bir az qaynanmış su əlavə etmək olar. Əmələ gələn maddəni buxarda qızdırın və yuylmuş nəm saçların dibinə çəkin. Bundan sonra başınızı altdan polietilenlə, üstdən isə isti dəsmalla bağlayın. 2 saatdan sonra saçınızı iri dişli daraqla ehtiyatla darayın və şampunla yuyun.
Qeyd edək ki, tünd rəngli saçların ağarmasının qarşısnı almaq üçün onları yuduqdan sonra tünd dəmlənmiş çayla yaxalamaq lazımdır.
6 ədəd təzə yaşıl qoz, 2 stəkan su, 3 x.q tünd çay, 1 x.q zeytun yağı:
Qozlar döyülüb əzilir. İki stəkan suda yaxşıca qaynadılır. Çay və zeytun yağı əlavə olunub qarışıq qaynadılır. Çay və zeytun yağı əlavə olunub alınan qarışıq saçlara sürtülür. Saçı isti bir şeylə bağlayın və səhərə qədər belə saxlayın. Bunu həftədə 2 dəfə etməlisiniz.


Tarix: 05.07.2013 / 21:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...