Limonlu səhər vannası.
Limon dərinizi canlandırır və təravətləndirir.6 ədəd limonu qabığı ilə birlikdə halqa-halqa dilimləyin.Dərin bir qaba soyuq su doldurub dilimlədiyiniz limonları ora atın.Limonların qabıqları yumşalana qədər,ən azı 2 saat saxlayın.2-3 saatdan sonra limonları əlinizlə əzin,onu su ilə qarışıq vannanın içinə boşaldın.Hazırladığınız limon vannasının içində 20 dəqiqə uzanın.Su ilıq olmalıdır.Bu çox xeyirlidir,bu vanna sizin qan dövranınızı sürətləndirəcək,gözəl limon iyi günə dinamik və enerjili başlamanıza kömək edəcəkdir.
Dəri üçün limonlu pelinq.
Limonun içindəki maddələr dəri üçün çox gözəl pelinqdir.Dirsək ,diz və dabanlarınızda olan qalınlaşmış dərini indi sizə verəcəyim maska resepti yox edəcək,yumşaldacaq.
1 xörək qaşığı limon suyu ilə 2 xörək qaşığı balı isidin,sonra azca soyudun.Hazırladığınız qarışımı quruyan və çatlayan yerlərə çəkin,20 dəqiqə gözləyəndən sonra,əlinizlə ova-ova su ilə təmizləyin.Sonda təmizlədiyiniz bölgələri limon qabığı ilə ovun.
Bütün bunları etdikdən sonra dərinizin təravətli,təzə görünüşü sizi belə təəccübləndirəcək.
Bir necə limonlu üz maskası.
-Az yağlı qatığa bir çay qaşığı limon suyu qatın.Üzünüzü təmizlədikdın sonra bu maskanı çəkib, 15 dəqiqə gözləyin,sonra ilıq su ilə yuyun.
-Avokadonun yarısını püre halına salın,1 çay qaşığı limon suyu qatın,bir yumurtanın ağını kənarda yaxşıca çırpdıqdan sonra bu qarışıma əlavə edin.Dəriniz qurudursa bir çay qaşığı badam yağı da əlavə edin.Bu maskani üzünüzə və boynunuza çəkin.20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
-100 qr. yulaf əzməsi,1 limonun suyu,1 ədəd yumurta agı,dəriniz əgər qurudursa yumurta ağını sarısı ilə əvəz edin.Bu maskani üzünüzə və boynunuza sürtün.15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Tarix: 06.07.2013 / 12:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri