Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzdəki kiçik qüsurlardan azad olmağın yolları!

Demək olar ki, hamının xüsusilə qadınların üzündə bəyənmədiyi bir hissə var. Bütün bu kiçik qüsurları gündəlik istifadə edilən makiyaj vasitələri ilə asanlıqla örtmək olar.

Çənə
Əgər çənənizin çıxıq olmasından narazısınızsa, istifadə etdiyiniz pudradan iki ton açığını çənənizə və boynunuza vurmaq lazımdır. Boyuna pudra vurmaqda məqsəd aradakı rəng fərqini hiss etdirməməkdir. Bundan əlavə, gözlərin makiyajını önə çıxarmaqla uzun çənə effektini azaltmaq olar. Canlı dodaq boyalarından istifadə də sizi bu narahatlıqdan qurtara bilər.

Burun
Əgər burnunuzdan şikayətiniz varsa, diqqəti başqa yerə yönəltməlisiniz. Məsələn, gözlərinizi, dodaq və almacıq sümüklərinizi biruzə verən makiyajdan istifadə etmək olar. Əgər gözünüzün altında qaraltı varsa, bunları örtməyə çalışın. Əks təqdirdə burnunuz daha sivri görünə bilər. Göz makiyajında tuş və boyalardan düzgün istifadə burunun ölçüsünü kiçildə bilər.

Gözlər
Yorğun görünən gözlərdən qurtulmaq üçün parıltılı göz boyalarından istifadə edə bilərsiniz. Sonra gözün üst qapaqlarına layner sürün. Gözün yarısına kimi açıq, sonuna doğru isə tünd rəngli boyadan istifadə edin.

Üz
Yuvarlaq üzə sahibsəniz, almacıq sümüklərinizi bir az arxa plana keçirməlisiniz. Bunun üçün yanaqlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük fırça ilə bürünc rəngli allıq sürün. Alnınızı, burnunuzu və çənəninizi daha açıq rəngli pudra ilə vurğulayın.

Dodaqlar
İncə dodaqları qalın göstərmək üçün açıq tonda dodaq qələmi ilə hiss edilməyəcək şəkildə dodaqlarınızı çərcivəyə alın. Daha sonra çərcivənin içərisini qələmlə boyayın və ya eyni rəngli dodaq boyası sürtün.

Qaşlar
Qaşlarınız sözünüzə baxmır və səliqəli dayanmırsa onları fırçalayın. Adi diş fırçası ilə aşağı doğru sallanan qaşlarınızı sərt fırçalamaqla yuxarı qaldırın. Sonra onlara saç jelesi vurun və təkrar fırçalayaraq formaya salın.

Boyun
Boynunuzun qısa olduğunu düşünürsünüzsə, etməyiniz gərəkən yeganə şey sırğa taxmaqdır. Bu diqqəti boynunuzdan üzünüzə yönəlməsini təmin edəcək.


Tarix: 28.06.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...