Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylər xanımın hansı xüsusiyyətindən qaçar??

Kişilər ilk görüşdə xanımın davranışlarına əsasən yeni bir münasibətə başlayıb, başlamama qərarı alırlar.

Vaxtında gəlməmək
Təəssüf ki, bəzi xanımlar görüşə bir az gecikmənin üstünlük olduğunu düşünərək böyük bir yanlışlığa düçar olurlar. 5 dəqiqə geciksəm bir şey olmaz deyə düşünən xanım bu fikirlə ən azı 15 dəqiqə bəyi gözləməyə məcbur edir. Bu cür kobud davranış sözsüz ki, ilk görüşdə bəylərdə sizə qarşı mənfi münasibət yaradacaq. Buna görə də gecikməyə meyilli bir xanımsınızsa çalışın evdən bir az tez çıxasınız.

Köhnə sevgilər
Keçmişdəki uğursuz saydığınız bir sevgi münasibəti heç də bəylə danışa biləcəyiniz bir mövzu deyil. Hələ yeni tanımağa başladığınız bir bəyə öz dərdlərinizlə yükləmək, ürəyinizdəki etirazı onun üzərinə boşaltmaq bəyin qaçmasına səbəb ola bilər.

Təhqir etmək
Onu özünüzə yaraşdırmasanız belə bunu heç vaxt dilə gətirməyin. Bəyi özünüzə layıq saymaya bilərsiniz, lakin bunu ifadə etmək çox kobud bir davranış olar və sizin xanımlığınıza heç yaraşmaz.

Həddindən çox telefonla danışmaq
Bir görüşdə olarkən gələn zənglərə cavab vermək heç də böyük bir problem deyil. Lakin, telefonunuzu səssizə alsanız, bu, daha xoş olar. Çünki, gələn zənglər tez-tez söhbətinizi böləcək, bu da onun üzərinizə diqqətinizi cəmləməyinizə mane olacaq.

Özünüzdən əl üzmək
Bu cür depresion düşüncələr də bəyi qorxuda bilər. Ümidsiz olmamağa çalışın. Hətta evlilik haqqında düşüncələrinizdən, neçə uşaq istədiyinizdən və s. kimi gələcəyə ümidli baxdığınızı göstərən mövzularda söhbət açın. Aranızdakı münasibət xoş olsa belə, həmin gecə ona zəng etməyin. Ona qarşı diqqətli olmağa çalışın, amma ki, həddini aşmayın. Hətta, görüşdən sonra ilk bəyin zəng etməsini gözləyin.

Özünüz olmaqdan vaz keçmək
Özünüz olmaq yerinə onun xoşlanacağını düşündüyünüz biri kimi olmağa çalışmaq ən geniş yayılmış səhvlərdən biridir. Əgər özünüzü cazibədar saymırsınızsa, buna onu necə inandıracaqsınız?? Özünüzü bir maska altında gizlətməklə siz bəylə yanaşı özünüzü də aldatmış olursunuz. Onsuz da o doğru olanı görəcək və sizin səmimiyyətinizin və özünüzə inamınızın əskikliyi onu sizdən uzaqlaşdıracaq.


Tarix: 18.05.2013 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...