Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam saçlar üçün 10 qida

Tərkibindəki B vitamini sayəsində yeni saçın əmələ gəlməsini və olan saçların sağlamlığını qorumağa kömək edən kök; saçlara baxım planınızda mütləq iştirak etməlidir.

Tərkibində omeqa 3 və E vitamini olan qoz, həm saçlarınızın daha tez uzanmasını həm də saç tellərinin qalınlaşmasını təmin edi

Tərkibində omeqa 3 vitamini olan som balığı, həm ümumi bədən sağlamlığınız, həm də saç sağlamlığınız üçün çox qiymətli bir qidadır. Saçlarınızın sağlam uzanmasını istəyirsinizsə saçlara baxım planınızda soma da yer ayırın.

A və C vitamini ilə zəngin olan qidanlardan biri ispanaq (şomu); saç dərisinin sağlamlığını qorumağa köməkçi olur. Daimi olaraq ispanaq yeyən insanlarda kəpək, göbələk kimi saç problemlərinə rast gəlinmir.
Gündəlik zülal ehtiyacının böyük hissəsini qarşılayan yumurta; saç sağlamlığı üçün vacib olan qidalar arasındadır. Gündə bir ədəd qaynadılmış yumurta yemək həm bədən, həm də saç sağlamlığınızı gücləndirir.

C vitamini ilə zəngin olan pomidor; saç əmələ gəlməsinin təməl quruluşu olan kolajen istehsalında əhəmiyyətli rol oynayır. Pomidoru püre halına gətirib saç maskası olaraq da tətbiq edə bilərsiniz.

Saçınız parlaq olması üçün yaşıl çay için! Kəpək probleminə son vermək üçün saçlarınızı yaşıl çayla yuya bilərsiniz.

B vitamini ilə zəngin olan qidanlardan biri göy noxud; saç uzanmasını sürətləndirər və saç diblərinə oksigen daşınmasını təmin edir. Saç tökülməsi problemi yaşayırsınızsa; daha çox göy noxud yeyin.
Son dövrün hər dərdə dərman tərəvəzlərindən biri olan brokoli; uzun və sağlam saçlar üçün ən böyük köməkçinizdir. İstəsəniz salatını edin, istəsəniz şorbasını amma mütləq brokoli yeyin.

C vitamini ilə zəngin olan kivi, sağlam saçlar üçün lazım olan qidalar arasındadır.Kivi, dəri sağlamlığını qorumaq üçün də sizə köməkçi olacaq.


Tarix: 06.07.2013 / 12:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...