Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İncə ayaqlara sahib olmanın yolları.

Artıq kilolar daha çox qarın və omba hissələrində yaranır, demək olar ki, bu bölgədə artıq çəkiyə rast gəldikdə bir o qədər də təəccüblənmirik. Amma nədənsə, məsələ ayaqlara çatanda vəziyyət bir az dəyişir.

Təbiət qadınların ayaqlarını elə əzəldən belə desək, artıq yağlarla proqramlaşdırıb. Amma bu proses klimaks dövrünə qədər davam edir. Daha sonra isə eyniylə kişilərdə olduğu kimi qadınlarında qarın hissəsinə yağ yığılmağa başlayır.

Qadınların bədənlərində yağın, əsasən hansı bölgəyə yığılmasına təsir göstərən faktorlardan biri də gendir. Əgər ailənizdə kök qadın varsa və onun qarın hissəsi daha kiloludursa sizdə də kökələndə mütləq elə olacaq. Eyniylə bədən quruluşunun – sümüklərin formalaşmasında gen faktoru çox önəmlidir.

Heç bir xanım ömrü boyu kök ayaqlarla gəzməyə məhkum deyil. Qidalanmanıza diqqət yetirsəniz bu problemlə üzləşməzsiniz. Heç az yeyən insanlar arasında qalın, kök ayaqlı olana rast gəlmisinizmi?

Bəs onda necə incə ayaqlara sahib olmaq olar? Bunun ən yaxşı yolu yüksək miqdarda karbohidrat və az miqdarda yağı olan qidalardan qəbul edərək pəhriz saxlamaqdır. Gün ərzində 30 qramdan artıq yağ qəbul etməyin. Yemək hazırlamazdan əvvəl ətin yağını yaxşıca ayırın. Bol miqdarda meyvə və tərəvəz yeyin. Deyilənlərə əməl etsəniz xəyallarınızda olan incə ayaqlara qovuşa bilərsiniz.


Tarix: 05.07.2013 / 21:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...