Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl və təbii görünməyin yolları

Ballı maskalar

ÜZ TƏMİZLƏYİCİSİ
1 yemək qaşığı balı, 1 ovuc çəkilmiş badamı və 1/2 çay qaşığı limon suyu ilə qarışdırın. Qarışığı üzünüzə çəkib bir müddət saxlayın. 25-30 dəqiqədən sonra bol suyla yüzünüzü yuyun.

MÖHKƏMLƏŞDİRİCİ ÜZ MASKASI
1 yemək qaşığı balı, 1 yumurta ağını, 1 çay qaşığı qliserini mikserdə çırpın. Qarışığı üzünüzə və boyunuza çəkin. 10 dəqiqə qədər gözlədikdən sonra ilıq suyla yuyun.

SAÇ KREMİ
1/2 stəkan balı 1/4 stakan təmiz zeytun yağı( rafinə olunmamış) ilə qarışdırın. Saçlarınız normal quruluqdadırsa, yalnız 1 yemək qaşığı yağ qatın. Qarışığı saçlarınıza çəkin sonra başınıza bir salafan taxıb yarım saat gözləyin. Saçlarınızı şampunla yuyun. Quru saçlarınızın canlanıb parladığını görəcəksiniz.

TONİK
1 yemək qaşığı balı və qabıqları soyulmuş almanı mətbəx robotunda yaxşıca əzin. Üzünüzə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq suyla üzünüzü yuyun.

SAÇ PARILDADICI
1 çay qaşığı balı, 4 stəkan isti suda əridin. Saçlarınızı şampunladıqdan sonra hazırladığını suyu saçlarınızın dibinə vurmadan uclarını yuyun. Daha sonra saçlarınızı qurudun.


Tarix: 18.06.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...