Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri qocalmasının 8 səbəbi

Dərinizin normadan tez qocalması və qırışmasının ən önəmli ilk 8 səbəbi:

Üz mimikaları: Uşaq ikən ananız sizə deyərdimi: "Elə eləmə, yoxsa üzün elə qalacaq!" O, yalan demirdi. Üzünüzü hər hərəkətə gətirdikdə, dəriniz bir az da qırışır. Çox vaxt dəriniz özü-özünü yenilədiyi üçün yeni dəri hüceyrələri yarandıqca həmin kiçik cizgilər də yox olur. Amma bu yenilənmə əbədi davam etməyəcək.


Siqaret: Bəli, hamımız bilir ki, siqaret sağlamlıq və gözəlliyə təsir edir. Lakin sadəcə sizi zəhərləyib, dişlərinizi saraltmır, eyni zamanda yaşlı görünməyinizə səbəb olur.


Yuxu: Qəribə səslənsə də, bütün günün yorğunluğundan qurtulmaq üçün yatağınıza girəndə belə özünüzə diqqət yetirməyə davam etməlisiniz. Çünki eyni tərəfdə uzun müddət yatsanız, üzünüzün o hissəsi daha çok qırışar. Buna görə də birtərəfli və ya böyrü üstə yatmaqdansa, özünüzü üzü üstə yatmağa öyrəşdirin.


Stress: Qadınsınız, onda realist olaq- həyatınızdan stressi tamamilə silmək mümkün deyil. Amma gözəl üzünüzü qorumaq üçün daha sakit və soyuqqanlı olmağa çalışmalısınız. Əslində qırışlardan qorunmaq üçün stressden uzaq olmalısınız, çünki qırışılar daha çok stressə düşmənizə səbəb olacaq.


Yuxusuzluq: Yuxunun öhdəsindən gəlməyin yolu yoxdur.Uzun müddət eyni şəkildə yatsanız da üzünüz qırışır və kifayət qədər yatmayanda da dəriniz qırışır. Heç ədalətli deyil! Lakin diqqət etməlisiniz: nizamlı yatmaq və mümkün qədər üzü üstə yatmağa.


Spirtli içki: Nə qədər çox içsəniz, o qədər qırışacaqsınız. Spirtli içki üzünüzün şişməsinə səbəb olur, sonra dartılmasına və qırışmasına gətirib çıxarır.


Quruluq: Quru dəri ən pis dəridir. Çatlama, qanama və qırışmaya səbəb olur. Bədəninizin nə qədər suya ehtiyacı varsa, üzünüzün də nəmlənməyə o qədər ehtiyacı var. Nəmləndirici krem və vasitələri əlinizin altından kənara qoymayın.


Genlər: Ailənizə və qırışlarınıza baxın, çünki onların hekayəsi sizinin də ola bilər. Vəziyyətə fiziki olaraq çox töhvəmiz olmasa da, ən azından onların səhvlərindən dərs ala bilərsiniz.


Tarix: 23.06.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...