Qızın,qadının mənəvi kamilliyinə,əxlaqi saflığına tarixən kişi ləyaqətinin,namusunun göstəricisi kimi baxmışlar.Öz şərəfini,ismətini ucuz tutan bəzi qızların,qadınların yüngül xasiyyətliliyi ailəyə tənə gətirmişdir.Atalar demişkən «Qız üz qızardar»,«Xəstəlik üz qızartmaz,qizardar qız adamı»,«Arvadın isməti,ərin izzəti»,«Qazan qarası gedər,namus qarası getməz»,«Dünyada hər şey satılıb-alınar,namusdan başqa»və.s.
Xalq yazıçısı İ.Şıxlının «Dəli Kür» əsərinin qəhrəmanı Cahandar ağa üçün «dünyada hər şeydən əziz təmiz adla yaşamaq idi.Kişi ki,adamların gözünün içinə şah baxa bilmədi,ölsə yaxşıdır.Gözü kölgəli ömür sürməkdənsə arvad kimi ləçək bağlamaq.....məsləhətdir»
Bir dəfə Cahandar ağaya deyirlər ki,tez özünü evə çatdırsın.Onun alaçıqlarına basqın ediblər.O dərhal atının tərkinə qalxır.Cahandar ağa «evdəkilərin birinin ölümünə,mal qaranın oğurlanmasına dözə bilərdi.Ancaq arvad uşağın namusuna sataşılmış olsaydı....»,belə rüsvayçılığa tablaşa bilməzdi.
Qız şərəfi və qadın isməti kimi nəcib keyfiyyətlərin qorunub saxlanması sevgi və ailə münasibətlərinin əsas şərtlərindəndir.Qızlıq şərəfi və qadın isməti olmadan saf məhəbbəti,təmiz və möhkəm ailəni təsəvvürə gətirmək qeyri mümkündür.Nəzakətli və mərifətli,ciddi və təvazökar xanımlara hamı hörmətlə yanaşır.
Namusunu ucuz tutan,mənliyini asanlıqla əldən verən,ötəri hissin əsiri olan,tutqun və dumanlı hisslərin yolunu ağıl şüası ilə işıqlandıra bilməyənlər ictimaiyyətin nəzərində pislənir.Təsadüfi deyilməmişdir ki,ağıl ilə həya ekiz qardaşdır,birini itirsən,digərini tapmazsan.
Xanımlarımızı dırnaq arası «Xanımlardan» olmamağa çağırıram!!!
Tarix: 17.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri