Əziz xanımlar, evdə işlətdiyimiz tərəvəz və ərzaqlardan  hazırlanmış üz və əllər üçün faydalı olan  bir neçə qısa resepti sizə təqdim edirəm.    
 
Üzə qulluq
  * 2 ədəd yumurta sarısını,1 limonun yarısını və 1 x /q. balı qarışdırıb,4 yerə bölün. Səhər acqarına hazırlanmış məhlulun 3 hissəsini yeyib,1 hissəsini üzə və boğaza çəkin. 20-25 dəqiqədən sonra ilıq su ilə yuyun. Həftədə 1 dəfə təkrarlayın. 
* 2 x /q. xiyar suyunu 1 ç /q. limon suyuna qatıb pambıqla üzə çəkin. 30 dəqiqədən sonra quru pambıqla silin. Bu, dərini yumşaldır, ləkərə üçün faydalıdır
   * Bir neçə nanə yarpağını əldə əzərək yumşaldın və gözün altına qoyun. Bu, qırışlara xeyirdir. 
 *  Hamiləlikdən qalma ləkələr üçün yarım stəkan çiy inək südünü bir o qədər arağa qatıb odun üstünə qoyun,
qaynayan kimi götürün. Soyudub üzünüzü silin.
  * Bir ovuc itburnunu əzib, bir termosa tökün. Üstünə qaynar su töküb,dəmə qoyun.2 gündən sonra 1 gündə 5 dəfə
100 qr. için. 5 dəfə də üzü yumaq olar. Bunu həftədə 1 dəfə yerinə yetirin.Ayda 5 dəfə kosmetoloqa getməkdən yaxşıdır.  
  * Üzünüzü və boynunuzu sabunla təmiz  yuyub yaxşı qurulayın.Təmiz balı üzünüzə yaxıb,30 dəqiqədən sonra dəmlənmiş yaşıl çay ilə yuyun. 
 
  * 1 dəstə cəfərini 0,5 litr suda 20 dəqiqə qaynadıb suyunu süzün.Həmin suyu sərin yerə qoyub 2 gündən sonra üzü,boğaz nahiyəsini silin.Yumaq olmaz. 
 
   * Ləkə üçün 2 x /q süzmə və bir cimdik qabartma tozunun qarışığı yaxşıdır.
  * Sızanaq üçün 1 limonun suyu, 2 x /q süd və 1 x /qliserin qarışığı yaxşı təsir edir.
  
Əllərə qulluq 
  * Əlləri  1 litr suya 2 x /q sirkə qatıb vanna etmək olar.Əlləri yumşaldır.
   * Dırnaqlara tez-tez  limonun suyunu sürtsəniz, möhkəmləndirər və sınmağa qoymaz.
     * 3 ç /q xama və 3 ç /q sürtgəcdən keçirilmiş kök qarışığı  əl üçün gözəl maskadır.
Tarix: 23.06.2013 / 17:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1433 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri