Uzun kirpiklər xüsusilə də qadın üçün gözəlliyin və sağlamlığın simvoludur. Kirpiklərin uzunluğu əsasən, valideynlərdən genetik olaraq keçir. Əlbəttə ki, sağlamlığınızda heç bir probleminiz yoxdursa, kirpiklərinizin uzunluğu ana-atadan miras qalır. Kosmetik mağazalarda kirpikləri uzatmaq üçün satılan məhsullar o qədər də yaxşı təsir göstərmir. Yaxşı olar ki, evdə təbii maskalar hazırlayasınız. Kirpiklərin daha gur və uzun görünməsi üçün aşağıdakı ərzaqları alın.
Ərzaqlar:
1/2 çay qaşıq ağ huş ağacı yağı
1/2 çay qaşığı sidir ağacı yağı
1/2 çay qaşığı ardıc yağı
1/2 çay qaşığı greyfurt yağı
1/2 çay qaşığı adaçayı yağı
1/2 çay qaşığı neft
1 stəkan zeytun yağı
Hazırlanması:
Balaca bir kasa
Təmiz tuş fırçası
Üz təmizləyici
Təmiz dəsmal
Bütün yağları və zeytun yağını bir qaba tökün, şüşənin ağzını bağladıqdan sonra yaxşıca çalxalayın. Daha sonra alınan qarışığı bir qaba tökün. Pambıqla və ya tuş fırçası ilə qaşlarınıza və kirpiklərinizə sürtün. Fırçanı qarışığa çəkməzdən əvvəl 30 saniyə gözləyin yağı canına yaxşıca hopdura bilsin. Lakin çox ehtiyatlı olmaq lazımdır. Çünki alınan maddə gözlərinizi yandıra bilər. Yağı kirpiklərinizdə 10 dəqiqə gözlədikdən sonra soyuq təmiz su ilə yaxşıca yuyun.
Bu maskanı hər axşam yatmazdan əvvəl gündə bir dəfə tətbiq etməlisiniz. Allergiya olarsa, maskadan istifadəni dayandırmalısınız.
Hazırladığınız maskanı sərin və qaranlıq bir yerdə saxlayın. 90 gündən sonra isə istifadəyə yararsız vəziyyətə düşür. Qarışığı gün işığından qorumaq üçün yaxşı olar ki, rəngli şüşədə saxlayasınız.
Qeyd: Kirpiklərin möhkəmliyini qorumaq üçün gündəlik qulluq etmək lazımdır. Yatmamışdan əvvəl tuş kirpiklərdən mütləq şəkildə yuyulmalıdır.
Tarix: 19.06.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri