Eyeliner və göz qələmi istifadə etmədən əvvəl bilməniz lazım olan ən əhəmiyyətli şey, hər iki vəsaitin də mümkün olduğunca incə xəttlərlə çəkilməsinin gözü daha gözəl göstərəcəyidir.
Qara göz qələmi, qara saçlı, əsmər bədənli qadınlar üçün çox uyğundur.
Əsmərlər xaricindəki qadınlarda bu rəngdə bir göz qələmi və eyeliner çox tünd sayıla bilər. Ağ bədənli qadınlar yumşaq qəhvərəngi ya da boz tonlarını seçməlidirlər. Gecə isə, gözə sürtülən tenə uyğun gələn rəngli bir qələm seçilməlidir.
Eyelinerı çox incə uclu bir fırçayla sürmək gözəl bir görünüş meydana gətirəcək. Əgər eyeliner sürməni heç cür bacara bilmirsinizsə sizə bir təklif:.
Mümkün olduğunca aşağıya doğru baxın və əlinizlə gərdiyiniz üst göz qapağınızdakı kirpiklərin dibinə mümkün olduğunca yaxın bir xətt çəkin.
Bu xətt göz quyruğunda sona çatmalı, xaricə doğru uzanmamalıdır.
Alt göz qapağına qəti bir xətt çəkmək istəmirsinizsə, bura eyelinerla yan-yana nöqtələr edin və ya əyrilə bilməsinə qısa qısa xəttlər çəkin.
Bəzən gözün üst qapağındakı kirpiklərin altına xətt çəkilməsi də xoş bir görünüş qazandırar. Bunun da yenə incə və düz olmasına diqqət yetirin.
Kiçik Gözlər
Kiçik gözləri ön plana çıxarmaq üçün göz qapağınıza işıltı verərək gözlərinizi daha qabaqda göstərmə yolunu təcrübə edə bilərsiniz.
Göz mənbələrinizə ten sürməməyə diqqət edin.
Göz ətrafında istifadə edəcəyiniz tenin tünd rəng olmasını seçin.
Ten sürərkən gözün bitdiyi qisimə yaxın bir yerdən etibarən teninizi tündləşdirin.
Göz mənbəsinin olduğu qisimdən başlayaraq tətbiq etdiyiniz açıq rəngli teni göz qapağınıza doğru tətbiq edin.
Son olaraq kirpik üçün tuş ilə kirpiklərinizi şəkilləndirin.
Bu tətbiq kiçik gözlü qadınların gözlərinin daha diqqətə çarpan görünməsini təmin edəcək.
Böyük Gözlər
Göz qapağınıza tətbiq edəcəyiniz ten rənginin mat və tünd olmasını seçin.
İstifadə etdiyiniz tenin göz qapaqlarınızdan qaşlarınıza doğru tətbiq edin.
Qaş altında istifadə edəcəyiniz ten rənginin dəri rənginizə yaxın olmasına diqqət edin.
Göz qapağınızı istifadə etdiyiniz tenin bir ton tündü ilə diqqətə çarpanlaşdırın.
Kirpik qıvırma aparatı istifadə edərək kirpiklərinizi qıvırın və kirpik üçün tuşu bol miqdarda istifadə edin.
Tarix: 18.06.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri