Bir Qadının dilindən:
Məgər mən bütün kainatın mərkəzi ola bilərəm?
“Özünüzü sevin!” cümləsini yəqin ki, dəfələrlə sizə məsləhət görürlər. Lakin özünü sevmək o demək deyil ki, yalnız öz qayğına qal və ətrafdakıları kəsib tulla. Əsla!Özünü sevmək ilk növbədə daxili rahatlığa sahib olmaq, öz səhvlərini bağışlamağı öyrənmək və güzgüyə baxarkən özünüzdən zövq almaqdır.
Özünə qiymət - bir çox faktorların təsirindən dəyişir, yəni, statik deyil. Öz hərəkətlərimizi nə dərəcədə dərk etməyimiz, ətrafdakıların qiyməti, uşaqlıqda valideynlərin bizə verdiyi tərbiyə mütləq öz təsirini göstərəcək. Əsas məsələ odur ki, vəziyyəti dəyişmək üçün hər zaman şans var!
Özünüzlə münasibət qurmağa çalışarkən, bu məsələnin həllinə kifayət qədər enerji və zaman sərf etdiyiniz müddətdə, digərləri özünü sevən və qiymətləndirənlər bu zaman çərçivəsində uğur əldə edirlər.
Niyə bu baş verir?
Özünü sevmək – o deməkdir ki, özünə sual verməkdən çəkinmirsən, qarşına məqsədlər qoyursan və mütləq şəkildə onlara nail olursan.
Özünü sevən qadının 5 əlaməti:
Daxili rahatlığı hiss olunur.
Özünə əmindir.
Ətrafdakılar onu görməyə şaddır.
Öz bədənini hiss edir və hər zaman başı yuxarı gəzir.
Rahat və dərin nəfəs alır.
Bütün dahi işlərin görülməsi əslində çox sadədir.
Özünü sevmək – nəfəs aldığınız qədər təbiidir. Buna baxmayaraq bəzilərimiz bu təbiiliyə yiyələnməkdə çətinlik çəkirik. Dərd etməyə dəyməz. Bu texnikaya sahib olma sirrlərini birgə öyrənək.
1. Mən Sizə yazıram
Məktub janrı – özünə qiyməti qaldırmaq üçün əla vasitədir. Bunu mütəmadi edin. Sadəcə özünüzə məktub yazın! (Xeyr, bu qəribə deyil və ətrafdakılara bu haqda danışmağa lüzum yoxdur.) Məktubda pozitiv cəhətlərinizi və güclü tərəflərinizi qeyd edin.
Nəyə görə: dəyərli tərəflərinizi dərk edib onu vurğulamaq üçün.
Necə: ilk baxışda bu tapşırıq çox asan görünür. Əgər nədən başlamaq lazım olduğunu bilmirsinizsə, aşağıda yazılanlara diqqət edin
Mən fəxr edirəm ki,....
Məni .......görə daim tərifləyirlər.
Məni qiymətləndirirlər....
Yazdığınız məktubu öz poçtunuza göndərin. Bunu mütəmadi etməyi unutmayın (həftədə bir dəfə və ya daha tez-tez). Əsas şərt odur ki, məktubların məğzi təkrarlanmasın. Hər dəfə yeni mətn yazmağa çalışın.
2. Günahlarını sadala!
Özünüzü hər şeyə görə bağışlayın: kiçik və ya böyük səhvlər, düzgün qəbul etmədiyinz həyati qərarlar və.s.
Nəyə görə: günahlardan azad olaraq gələcəyə doğru rahat addımlamaq üçün.
Necə: ağ kağız götürüb xəyalən onu 3 yerə bölün. Sol tərəfdə həyatda etdiyinz səhvləri yazın, ortada həmin hərəkəti nə zaman etdiyinizi qeyd edin. Birdəfəyə etmək məcburi deyil. Oturun, fikirləşin və yazın. Budur artıq hər şeyi yazmısınız və hər etdiyniz səhvə görə nə qədər müddət əzab çəkdiyiniz də göz qabağındadır. Məsələnin həlli üçün üçüncü sütun köməyə gələcək. Burada sadəcə “Mən özümü bağışlayıram!” kəlməsi yetərlidir. Özünüzü bağışlayana qədər bunu oxuya bilərsiniz. Əfv olunmayana qədər.
3. Tərbiyə, yenidən tərbiyə!
Bədənini idarə etməyi bacaran və dik gəzən insanlar heç də belini bükənlərdən çox enerji sərf etmirlər. Lakin əvəzində birincilər daha əmin görünür. Bədəninizi idarə etmək üçün ilk növbədə müəyyən tapşırıqlara əməl etməyə başlayın. Öncə bunu təklikdə, evdə edin. Yiyələndikdən sonra ictimai yerlərdə həyata keçirərsiniz.
Nəyə görə: çünki növbəti hərəkət ilk növbədə daxilinizə təsir edəcək.
Necə: müəyyən vəziyyətlərdə adınızı çəkərək özünüzə müraciət edin. Cavab verməmişdən öncə bədəninizə diqqət yetirin. Sizin vəzifəniz əzələ yığılmalarının, xoşagəlməz hissiyatların harada əmələ gəldiyini bilməkdir. Daha sonra onlardan can qurtarma yollarını öyrənməlisiniz. Hər gün bu hərəkətləri təkrar edin.
1-ci mərhələ - evdə
Oturaraq
Sən necə oturursan?
Ayaqların hansı vəziyyətdədir? Bir-birinə paralel dayanıbmı?
Sənin qamətin şahzadəsayağıdırmı?
Stulun kənarında oturmusan?
Qarının vəziyyəti necədir? Nəfəs almaq üçün çətinlik yaratmır ki? Kifayət qədər rahatsan?
Ayaq üstə
Necə dayanmısan?
Kürəyin necədir? Düzdürmü?
Çiyinlər– aşağı, dik və arxaya çəkilmiş vəziyyətdədir?
Dərindən nəfəs almağa nəsə mane olur?
Boyun əzələləri gərgindir yoxsa rahat?
Üz, dodaqlar, alın əzələlərinin vəziyyəti necədi?
Hərəkətlərin effektivliyinə nail olmaq üçün dəftərçə tutub gündəlik məşqləri qeyd edin, hətta bədəninizin vəziyyətini qiymətləndirin. Sonra tapşırığı qəlizləşdirin və bunu danışarkən, işləyərkən, tanış olarkən, kiminləsə görüşərkən, idmanla məşğul olarkən, güzgüyə baxarkən və s. vaxtlarda edin.
Çünki “Mən bunların hamısına layiqəm!”
Səhərlər özünüzə 5 dəqiqə zaman ayırın. Makiyaj edərkən və ya əl-üzünüzü yuyarkən güzgüyə baxıb özünüzə sadəcə bunu deyin – Mən hamıdan yaxşıyam!
Mən mənəm və bu heyrətamizdir!
Məqsədimə doğru kiçik addımlarla gedirəm, lakin bununla fəxr edirəm!
Mən də başqa insanlar kimi hər gün səhv edirəm, lakin bu heç nə etməməkdən daha yaxşıdır.
Mən bilirəm ki, həmişə xoşbəxt olmaq mümkün deyil, günəş də hər gün parlamır ki?! Lakin hava nə qədər tutqun olsa da günəşin bir şüası belə özünü göstərəcək. Göz yaşları həmişə öz yerini təbəssümə verəcək. Bunun nə qədər müddət davam edəcəyini isə mən təyin edəcəyəm.
Mən bilirəm ki, sevirəm və sevilirəm. Niyə? Çünki Mən buna layiqəm!
Tarix: 18.06.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri