Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balaca qızın diləyi

Özünü sevən, heç kimi olmayan yetim qızla əlaqədar çox gözəl bir nağıl vardır. Özünü çox kədərli və tək hiss etdiyi bir gün, yolda gedərkən bir kola kiçik bir kəpənəyin ilişdiyini görür. Xilas olmaq üçün çalışdıqca, tikanlar kəpənəyi daha çox əldən salırdı. Kiçik yetim qız diqqətlə kəpənəyi xilas edir. Uçub getmək yerinə, kəpənək gözəl bir pəriyə çevrilir. Qız gözlərinə inana bilmir

Pəri, balaca qıza: "Sənin bənzərsiz gözəl ürəkli davranışın üçün, sənə bir dilək diləmə haqqı verirəm." deyir.

Qız bir an düşünür, sonra "Xoşbəxt olmaq istəyirəm." deyir.

Pəri "Yaxşı" deyir. Ona doğru əyilir və qulağına pıçıldayır. Sonra da gözdən itir.

Qız böyüdüyü müddətcə, ondan daha xoşbəxt heç kim olmur. Hər kəs ona xoşbəxtliyinin sirrini soruşur. O isə gülümsəyər və "Sirrim, balaca vaxtı bir pərininin mənə dediklərinə əməl etməyimdir" deyir.

Yaşlanıb, ölüm döşəyinə düşdüyündə, qonşuları ətrafına toplanırlar. Sirrinin də onunla birlikdə itib getməsindən qorxurlar. "Lütfən bizə söylə" deyə xahiş edirlər.. "Pəri sənə nə dedi?"

Sevimli yaşlı qadın gülümsəyər və "Mənə belə söylədi" deyir:
"Nə qədər salamatsansa, nə qədər yaşlı, ya da gəncsənsə, zəngin, ya da kasıb olursan ol, hər kəsin sənə ehtiyacı var"


Tarix: 13.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...