Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cadu ilə fahişə oldular

Meri onun gerçək adı deyil: o, əsl adını demək istəmir.
Meri və daha 5 nigeriyalı qız Nigeriyanın şimalındakı Benin şəhərində bir qadın sığınacağındadır.

O, fahişəliyə vadar edilən biçarələrdən biridir.

"Avropaya getmək, orada yaşamaq istəyirəm. Deyirlər ki, Avropada insan yoxsul və işsiz olsa belə, ac qalmır. Orada işsizlərə pulsuz yemək verilən yerlər var. İşsiz qalmaq, avara dolanmaq istəmirəm orada. Qulluqçu, ya da qadın bərbəri işləmək fikrim var. Bizi də Avropaya aparacaq adamlar əvvəlcədən pul istəmədilər. Dedilər ki, maaş almağa başlayandan sonra borcumuzu qaytararıq", - Meri deyir.

Milli.Az xəbər portalı "Deutsche Welle"yə istinadən bildirir ki, Meri kimi minlərlə qız və qadın Afrikanın başqa ölkələri təki, Nigeriyada da aldadılaraq Avropaya aparılır, orada döyülür, zorlanır və fahişəliyə vadar edilərək küçələrə atılır.

Fəqət, Meri Fransaya çatmayıb. O, Nigeriyanın şimalında, onlarla qadınla birlikdə sərhədi keçmək istəyərkən polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Nigeriyada insan alverinə qarşı mübarizə aparan qurumların mənsublarının dediklərinə görə, qadın ticarətçiləri qurbanlarına qarşı cadugərlərdən istifadə edirlər.

Onlar bol vədlər verdikləri qızları və qadınları "yuyu" adlanan inancın təmsilçiləri olan cadugərlərin yanına aparırlar.

Caduggər də savadsız qadına cadu-piti edir, "başına gələnləri danışsan, daha ağır dərdlərə düçar olacaqsan" deyir.

İnsan alverinə qarşı mübarizə aparan "İdia Renaissance" təşkilatının eksperti Rolan Nvohanın dediyinə görə, "yuyu" cadugərinin yanından çıxan qadınlar gerçəkdən də, başlarına gətirilənləp barədə polisə nə isə demirlər.
"Amma çıxış yolu tapmışıq. Belə qadınları yenidən "yuyü" cadugərinin yanına aparır, "tərs cadu" oxutdurur. Absurd işdir, bilirik. Lakin qadınlar ikinci ziyarətdən sonra cadunun pozulduğunu düşünür və məruz qaldıqları əzablardan bizə danışırlar", - Nvoha deyib.


Tarix: 19.05.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...