1. Yalnız mən, mən, mən
Söz onlardan düşəndə yalnız özlərindən danışmaqla qalmayıb, sözünüzü kəsən və sonra şəxsi dərdlərindən danışmağa başlayanlar… Dünyanın onun ətrafında döndüyünü zənn edənlər…
2. Hər zaman eyni lətifə
Daha çox köhnədostlardan çıxar belələri. Bir lətifəyə bir dəfə gülündüi deyə hər görüşəndə eyni lətifəni danışarlar.
3. Telefon "xəstələri"
Siz qarşısında dayanıb söhbət edirsiniz, onun gözü isə əlindəki telefondan başqasını görmür. Aydındır ki, Facebook,Twitter mesajlarına baxır amma sırf bunu bildirməmək üçün,guya sizi dinləyirmiş kimi "hı hı" deyərək başını yelləyirlər.
4. Toxunan insanlar
Bir şey izah edərkən qarşısındakına toxunma ehtiyacı hiss edən insan modeli… Oturan vəziyyətdəsinzsə ayaq və diz hissəniz, ayaqüstəsinizsə qol və çiyin hissəniz hədəf olur.
5. Ərkli insanlar
Aranızda elə bir yaxınlıq olduğuna ya da bunu etməyə haqqı olduğuna inananlar. Xəbər vermədən evə gəlir, soruşmadan sizin adınıza qərar qəbul edir. Biz sözlə boğmaq istənilən insan tipidir.
6. Yeməyinizdən yeyənlər
Sizin qabınızdakı hər vaxt gözlərinə daha ləzzətli görünər. "A hamısını, sənin olsun" deyərsən, istəməzlər. Başqasının yeməyindən bir çəngəl götürmək onlara ayrı bir zövq verir.
7. Yüksək səslə danışanlar
Ehtiyac olmadan qışqıra - qışqıra danışan bir insan modeli. Artıq o səs səviyyəsi onlara normal gəlir. Baş şişirərlər, həyatdan bezdirərlər. Bir də gülməyə başladılarsa, yandınız.
8. Film boşboğazları
Kinoda da olar, evdə də… Film izləyərkən davamlı fikir bildirən, tənqid edən, doğulandan tənqidçi insan tipi seyr etdiyinizi burnunuzdan gətirər.
9. "Başa düşürsən"?
Bir şey izah edərkən, bir cümlədə üç dəfə "başa düşürsən?" deyənlər vardır. Sən düz izah etsən başa düşərəm, nolub ki, ağlıma?
11. Tək gün dostları
Axşam evdə party var deyincə qaçaraq gələn, cənazəm var dəyincə uzaqlaşandan xeyr gəlməz. Qəribə amma bunun tərsi də cansıxıcıdır. Həyatınızda bir dəfə birlikdə bir şey etmədiyiniz, söhbət edib gülmədiyiniz insan ən pis gündə yanınızda olar. İkisindən də uzaq durmaq lazımdır.
12. İçəndə çox açılanlar
Bir qədəh içincə normalda sizə əsla izah etməyəcəyi şeyləri izah edənlər,dərdlərini bölüşənlər. İçmədən söyləməyəcəkləri şeyləri söyləyən insanlar da yaxşı deyil.
13. Hər mövzuda fikiri olanlar
Onların ekspertlik sahələri həyatdır, elmdir, sənətdir, səbətdir, hər şeydir. Hər mövzuda çox dəqiq fikirləri, sizinkinə qarşılıq irəli sürəcəkləri bir tezisləri vardır. Çoxusu da mənasız söhbətlərdir onsuzda…
14. Nəzakətlilik faşizmi
Aman Allah,nə qədər nəzakətli, həmişə sizli bizli, hər cümlədə bir ‘üzr istəyirəm'… Belə ultra nəzakətli insanların üsıxıcı, həyatdan bezdirici bir tərəfi var.
15. Cibində "siçan oynayanlar".
Bir yerə gedib yemək yeyərsəniz. Siz nə qədər "Mən ödəyəcəm" deyirsəniz, o da "Çox sağ ol"çudur. Bir dəfə, iki dəfə, üç dəfə olar amma hər görüşəndə belə olmaz axı)
16. Mahnı oğruları
Öz özünüzə bir mahnı zümzümə edərkən birdən yanınızda bitib sizin mahnını zümzümə etməyə başlayanlar. Onsuzda səhnədə filan deyilik, niyə mənlə bir oxuyursan? Özünə başqa bir mahnı tapıb zümzümə edə bilmirsən?
17. Dedi-qoduçular
Rahat söhbət etmək qeyri-mümkündür. Çünki söhbətdən anladığı ancaq dedi-qodudur. Kim kimdən ayrıldı, kim kimin arxasınca danışdı, son dəqiqə məlumatları da həmişə ondadır.
18. Sizin qəzetə göz dikənlər.
Əslində sizə bir zərəri yoxdur, oxusun da nolacaq ki. Amma siz oxuyarkən qəzetə gözlərini zilləyənlər insanı qıcıq edir. Qəzeti özünə hədiyyə etsəniz o qədər həvəslə oxumaz heç.
19. Əzbərə danışanlar
Bütün hakimlər satılmışdır, sol bitmişdir, şəriət gəlir. Fərqli mövzularda əzbərlədikləri bir iki cümlə vardır, sıravi onları keçərlər. Əzbərlədikləri yalnız cümlə də deyil, o dünyagörüşüdür. Dümdüz, dayaz insanlardır.
20. Sağlamlıqdan bezdirənlər
Sağlam bəslənən, hər növ bitkidən, vitamindən, məşq növündən və dietadan xəbərdar olan insanlardır. Bunların hamısı normaldır və razı qalacağımız şeylərdir amma tək adamda toplandığında və həm də həyatın mənası halına gətirildiyində çox pis bir insan ortaya çıxır.
Tarix: 17.05.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri