Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birgünlük icazə

İmtahanlara 180 gün qalmışdı. Şagirdlərdən biri müəllimin yanına gələrək birgünlük icazə istədi. Müəllim, əvvəlcə, bir qədər susdu, sonra üzünü şagirdə tutub danışmağa başladı: «Deməli, birgünlük icazə istəyirsən. Elə isə gəl sənin nə istədiyini birlikdə hesablayaq: İmtahanlara 180 gün var. Həftədə hər gün 8 saat dərsin var. Bu edər 60 gün. Yerdə qaldı 120 gün. Hər gün 1 saat nahar fasiləsi. Bu da edər 8 gün. Yerdə qaldı 112 gün. Şənbə günləri 5 saat əlavə dərsdə olursan. Bu da edər 11 gün. Yerdə qaldı 101 gün. Gündə orta hesabla 8 saat yatırsan. Bu da edər 60 gün. Yerdə qaldı 41 gün. Həftədə hər gün 3 saat sinif yoldaşlarınla dərs hazırlayırsan. Bu da edər 3 gün. Yerdə qaldı 38 gün. Hər gün evə gedib — gəlmək üçün 2 saat sərf edirsən. Bu da edər 15 gün. Yerdə qaldı 23 gün. Bundan da ən azı 3 gününü xəstəlik üçün çıxaq. Qaldı 20 gün. Bu günlərdən də ən azı 7-si bayram günlərinə gedəcək, qaldı 13 gün. Ən azı bir həftəni laboratoriyalarda keçirəcəksən, yerdə qaldı 6 gün. Hər gün yarım saat çay fasiləsinə gedəcək. Bu da edər 4 gün. Yerdə qaldı 2 gün. Gündə 8 dəqiqə güzgünün qarşısında keçirirsən, buda edər 1 gün. Yerdə qaldı 1 gün. Əgər mən sənə bu 1 günü icazə versəm, sən imtahanları necə verəcəksən? „


Tarix: 03.12.2014 / 13:54 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqli Hekayeler
loading...