Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın ölüləri diriltməsi...
Allahın ölüləri diriltməsi...

Keçmişdə ölmüş insanların dirilməsi.
O zaman siz: «Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!»– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz. (Bəqərə, 55)
Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: «Ölün!»– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir. (Bəqərə, 243)

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: «Allah bu kəndi ölümündən sonra necə dirildəcək?» Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: «Nə qədər qaldın?» O dedi: «Bir gün yaxud bir gündən də az qaldım!» Allah dedi: «Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük». Ona həqiqət bəlli olduqda: «Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!»– dedi. (Bəqərə, 259)

Allah deyəcəkdir: «Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: «Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir». (Məidə, 110)

Bir zaman İbrahim: «Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!»– dedi. Rəbbi ona: «Məgər sən inanmırsan?»– dedi. İbrahim dedi: «Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun». Allah buyurdu: «Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!» (Bəqərə, 260)

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: «İnəyin bir parçasını ona (ölüyə) vurun!» Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız. (Bəqərə, 72)
Allah insanları təkrar dirildəcəyinə vəd verir
Onlar Allaha möhkəm and içdilər ki: «Allah ölən bir kəsi diriltməyəcəkdir!» Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər. (Nəhl. 38)

Onlar deyirlər: «Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?» De: «İstər daş olun, istər dəmir, və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir». Onlar deyəcəklər: «Bizi həyata kim qaytaracaq?» De: «İlk dəfə sizi yaradan!» Onlar istehza ilə başlarını yırğalayıb: «Bəs bu nə vaxt olacaqdır?»– deyəcəklər. De: «Bəlkə də, yaxın zamanda oldu!» O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. (İsra, 49-52)

İnsan soruşar: «Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?» Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik. (Məryəm, 66-68)


Tarix: 10.06.2015 / 17:39 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar
loading...