Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qədərimdə namaz qılmaq yoxdur" deyənlərə cavab

Günahlarla dolu həyatı vardı. İbadətə də çox yaxınlaşmırdı.
Bir gün, bir nurani yaşlı kişi ilə bir yerdə oturdu.
Söhbət əsnasında "Müəllim," dedi, "Mən qədərin mahkumuyam. İstəyirəm, amma namaz qıla bilmirəm. Mənim qədərimdə namaz qılmaq yox imiş."
Yaşlı kişi lətifəni sevən birisiydi. Dedi: "Sən mənim illərdir axtarıb da tapa bilmədiyim adamsan. Demək qədəri oxuya bilirsən. Söylə, mənim qədərimdə nə var?" Cavan çaşıb qalır, deyəcək bir şey tapa bilməmişdi.. Yaşlı kişi davam etdi:
"Bax burada bulaq var. Qollarını sıva, dəstəmaz al, ardından burada iki rükət namaz qıl, bax o zaman qədərin necə deyişəcək. Qədərində namaz qılmaq olacaq."
Nədənsə qədər daha çox günahlarda istifadə edilir. Tələbələr zəif qiymət aldıqda "Müəllim verdi" demələri kimi, günahlara batan kəslər də bunu qədərin verdiyini zənn edirlər.
Sözgəlişi bir günəş və ya bir alma ağacı üçün belə bir azadlıq yoxdur. Günəş həqiqətən qədərin məhkumudur, Ona təyin olunan orbitdə yol almağa məcburdur. Alma ağacı, alma verməyə məcburdur.

Amma insanın qarşısında tək yol deyil, yollar vardır. Tək seçim deyil, çox seçimlər vardır. O, istəsə iman edər, istəsə küfrü seçər. İstəsə şükr edər, istəsə nankorluq edər. İstəsə itaət edər, istəsə üsyan edər.

O, bir robot deyil. O, küləyin qarşısında sovrulan bir yarpaq deyil. Əli, qolu bağlanıb dənizə atılmış, özünə "Haydı, üz görək!" deyilmiş də deyil. Belə olunca o məsuldur. Çünki o, sınanılmaqdadır.


Tarix: 04.12.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar
loading...