Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dinimizə necə DƏVƏT etməli?

İslam dini hər bir şeyi tənzimlədiyi kimi Allahın yoluna dəvət etməyi də tənzimləmişdir. Bunun üçün qaydalar müəyyən etmişdir ki, özünə müsəlman deyən hər bir kəsin bunları bilməsi və dəvət edərkən bunlardan kənara çıxmaması gərəkdir. Bu qaydalardan:
Birincisi: Elmdir.
Allahın dininə çağıran müsəlmanın mütləq şəriətdən elmi olmalıdır. İslam elmi olmayan insanın dinə dəvət etməsi düzgün deyildir. Belə olan halda o kəsin xəta etməsi qaçılmazdır.
Ona görə Uca Allah Qurani-Kərimdə birinci elmi qeyd edərək buyurur:
»Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur». (Muhəmməd, 19)
Ona görə İmam Buxari öz »Səhih» kitabında belə bir fəsil qeyd edir, »Elm söz və əməldən əvvəldir».
Elmin fəzilətinə aid dəlillər çoxdur. Uca Allah elmli insanlar elimsizin fərqləndirərək buyurur:
��?��?De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?’��? (Zumər, 9).
Bəli, bilənlərlə bilməyənlər eyni ola bilməz. Heç onların etidkləri dəvət də eyni ola bilməz. Məhz buna görə də kim yaxınlarının halına yanırsa, onların zəlalətdə olmasını istəmirsə ilk olaraq özü elm almalı, lazımı şəkildə dini çatdırmalıdır.
İkincisi: İxlasdır.
Bildiyimiz kimi hər bir ibadətin başında ixlas durur. İbadətdə ixlas itdikdə o sahibinə fayda vermir. Uca Allah buyurur:
��?��?De: "Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur»(Zumər, 11).
Digər bir ayədə buyurur:
»Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar». (Hud, 15-16).
Cabir (Allah ondan razı olun) rəvayət edir ki, döyüşə çıxdıqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: »Mədinədə elə kişilər vardır ki, getdiyiniz elə bir yer, keçdiyiniz elə bir vadi olmadı ki, onlar da sizinlə birlikdə olmasınlar. (Yəni onlar da sizin qədər savab qazanmasınlar). Onların gəlməsinə mane olan səbəb xəstələnmələridir».
Yəni onlar öz ixlas və niyyətlərinə görə bu savabı qazandılar.
Bir kəs Allahın dininə, haqq yola dəvət edərsə niyyətini xalis etməlidir. Filankəsi mən dəvət etmişəm, mən dəvət etdiyim insanlar daha çoxdur və ya mənim ardımca gələnlərin sayı daha çoxdur deyə düşünməməlidir.
Üçüncüsü: Mutabaadır .

Yəni Peyğəmbər (Allahın ona salavat və salamı olsun) necə dəvət edibsə elə dəvət etmək. Bu dövrdə bəzi insanlar vardır ki, Allahın yoluna dəvət edərkən yeni metodlar fikirləşirlər. Məsələn, Ərəb ölkələrinin birində aşkarlanmış mərkəzlərin birində bir qrup musəlman kompyüter vasitəsi ilə müxtəlif şeylər düzəldib (Quranı cıran kəsin meymuna dönməsi, Kəbənin üstünə mələk qonması və s. kimi) insanlara yaymaqla Allahın dininə dəvət edirlər. Əslində isə belə vasitələrə ehtiyac yoxdur. Çünki möcüzə axtarmağa ehtiyac yoxdur. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) verilən Qurandan böyük möcüzə yoxdur.
Uca Allah buyurur:
��?��?Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”(Kəhf, 110)


Tarix: 03.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...