Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Irandan Pul Ve Zencir

Aşura (Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü) mərasimləri ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycana xeyli sayda zəncir və pul göndərilib. Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Zəncirlərdən Aşura günü Bakıdakı müxtəlif məscidlərdə və paytaxtın ayrı-ayrı yerlərində mərasim iştirakçıları tərəfindən istifadə olunacağı bildirilir.

Mənbə onu da qeyd edib ki, bu vəsaitlər ölkəmizə qanunsuz yollarla gətirilib və hazırda məsələ araşdırılır.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayı ilə bağlı verdiyi fətvada isə qeyd olunub ki, “sinə açmaq, zəncir vurmaq, qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməməlidir”.

Pərvin ABBASOV


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...