Sebr edib sonacan oxuyun xaiw,cox ibretamizdi
Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi etdin?
Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?
Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı kəsildin?
Niyə kədərlisən?
Hz. Yusuf (a.s) kimi quyuyamı atıldın?
Niyə kədərlisən?
Hz. Məhəmməd (s.ə.v.) kimi Taifdə
daşlandınmı?
Namaz qılarkən başına içalat (bağırsaqmı)
qoyuldu?
Dişinmi sındırıldı, üzünə tüpürcəkmi atıldı?
Hicrətəmi məcbur edildin, sevdiklərindənmi
ayrıldın?
Niyə kədərlisən?
Hz. Həmzə (r.ə) kimi burnun, qulağınmı
kəsildi?
Niyə kədərlisən?
Musab bin Umeyr kimi qollarınmı kəsildi?
Niyə kədərlisən?
Cəfər ibn Əbu Talib kimi ox, mizraq və qılınc
zərbələriyləmi yaralandın?
Niyə kədərlisən?
Ammar, Sümeyyə, Yasir kimi işgəncəmi
gördün?
Niyə kədərlisən?
Bilal kimi qızğın qumlara yatırdılıb, üzərinə
daşlarmı düzüldü?
Niyə kədərlisən?
Yunus peyğəmbər kimi dənizəmi atıldın?
Niyə kədərlisən?
Eyyub peyğəmbər kimi bədənini yaralarmı
örtdü?
Niyə kədərlisən?
Hz. İsa kimi çarmıxa çəkməkmi istədilər səni?
Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə kimi "lə iləhə illəllah”
dediyinə görə ömrün zindanda keçdi?
Niyə kədərlisən?
Yoxsa İmam Nəsai kimi haqqı dediyinə görə
döyülərək öldürüldün?
Yenə də əhvalın pisdirmi?
Nə düşünürsən, dünyalıq işlərinimi? Artıq
özünə gəl!...
Kədərlənəcəksənsə
Namazını qəzaya saxladığın üçün, birinin
ürəyini qırdığın üçün,
Bazar ertəsi, cümə axşamı orucunu tuta
bilmədiyin üçün kədərlən..!!
Kədərlənəcəksənsə
Bu gün ALLAH üçün bir şey edə bilmədiyin
üçün, ALLAH və
Elçisi (s.ə.v)-ini məmnun edə bilmədiyin üçün
kədərlən!...
Kədərlənəcəksənsə
Fələstində, Çeçenistan, İraqda və dünyanın
dörd bir tərəfində
zülm görən, işgəncə edilən, öldürülən din
qardaşların üçün kədərlən!...
Kədərlənəcəksənsə
Bir kasıba kömək edə bilmədiyin üçün,
yetimin
əlindən tuta bilmədiyin üçün kədərlən!...
Kədərlənəcəksənsə
Afrikada və digər ölkələrdə bir loxma çörək
tapa bilməyən,
xəstəliklərlə mübarizə edən insanlar üçün
kədərlən!...
Kədərlənəcəksənsə
Quranı kifayət qədər oxuyub, həyatında
tətbiq edə bilmədiyin üçün kədərlən!...
Kədərlənəcəksənsə
Peyğəmbər əfəndimizi, canından, malından,
dostlarından,
yaxınlarından hər şeydən çox sevə
bilmədiyin üçün kədərlən!...
Kədərlənəcəksənsə
ALLAHa, səni Yaradana həqiqi mənada qul,
Peyğəmbərimizə ümmət ola bilmədiyin üçün
kədərlən!...
Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb
kədərlən
Tarix: 03.12.2014 / 17:07 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar