Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senin Allah Demeyin Allahin Buyur Demesidir

Biri hər gecə qalxıb ALLAHı xatırlayır, Ona dua edərdi...Şeytan ona dedi:- Ey davamlı ALLAHı anan adam! Bütün gecə ALLAH deyib çağırmağına, yalvarmağına qarşılıq səni buyur edən varmı ki? Sənə bir tək cavab belə gəlmədi, daha nə zamana qədər belə yalvarıb dua edəcəksən? Adamın könlü qırıldı, başını yerə qoydu və hüzn içində yatdı... Yuxusunda ona belə deyildi:-- Özünə gəl oyan! Niyə duanı, zikri buraxdın?Niyə yoruldun?Adam:- 'Buyur' deyə bir cavab gəlmir ki.. Artıq qapıdan qovulmaqdan qorxuram, dedi..Bunun üzərinə ona deyildi:-Sənin ALLAH deməyin, Onun buyur deməsi sayəsindədir.. Sənin yalvarışın, ALLAHın sənin ruhuna xəbər uçurmasındandır...Sənin Səylərin,çarələr Axtarman, ALLAHın səni özünə yaxınlaşdırması, ayaqlarındakı bağları həll etməsindəndir.. Sənin qorxun, sevgin, ümidin, qorxusuzluğun ele ALLAHın lütf kəməndidir...Sənin hər 'Ya Rəbbim' deməyinin altında, ALLAHın buyur deməsi vardır...Qafilin, cahilin könlü bu duadan uzaqdır.. Çünki Ya Rəbbim deməyə icazə yoxdu ona.. Ağzında da kilid var onun, dilində də... Bax bir Ya Rəbbi de... Deyə bildinmi?... De... Zərərə uğradığı zaman, ağlayıb sızlama deyə ALLAH ona dərd, ağrı, sızı, qəm, kədər vermədi... Artıq anla ki, ALLAHa dua etməyini, Onuçağırmağını təmin edən dərd, dünya səltənətindən daha yaxşıdır.. Dərdsiz dua soyuqdur.. Dərdliykən edilən dua isə könüldən qopar...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar
loading...