Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" İtdə Olan 10 Xislət "

İmam Əli (ə) Buyurub;
Xoş o kəsin halına ki, yaşayışı itin yaşayışı kimi
olsun. Çünki itdə 10 xislət vardır ki o hər kimdə olsa
xoşbəxt olar. 1.İtin məxluqat arasında layiqincə qədir-qiyməti olmaz
və bu sifət miskinlərə məxsusdur.
2.İtin malı və dövləti olmaz və bu sifət dünya
məhəbbətindən qırılana məxsusdur.
3.Yer kürəsi geniş olduğuna görə itin müəyyən yeri
olmaz və bu sifət Aııaha təvəkkül edənlərə məxsusdur.
4.İt çox zaman ac qalar və bu sifət saleh bəndələrə
məxsusdur.
5.İtin sahibi onu 100 dəfə vursa belə onun qapısını
tərk etməz və bu sifət müridlərə məxsusdur.
6.İt gecələr çox az yatar və bu sifət aşiqlərə məxsusdur.
7.İti qovsalar və ona zülm etsələr belə onun qəlbində
sahiblərinə qarşı kin qalmaz. Sahibləri onu çağıran
zaman kin və küdurətsiz olaraq qarşı hərəkət edər və
bu sifət ruhunda icad olan İlahi mənəviyyatın aradan
getməsinə qorxu içində qalan bəndələrə məxsusdur 8.İtə nə yemək versəkər razı olar və bu sifət qane
olan bəndələrə məxsusdur.
9.İt çox zaman sakit qalar və bu sifət Haqq-hesab
günündən qorxanlara məxsusdur.
10.İt öləndən sonra ondan bir irs qalmaz və bu sifət
zahidlərə məxsusdur.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...