Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH Demek

Kasıb bir oğlan padşahın qızına aşiq olur. Ancaq bu arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan halda gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir dərvişlə rastlaşır və dərdini ona açır. Dərviş də, öz növbəsində, ona: "Övladım, şəhərin girişində otur, kim sənə nə desə sən ona: "Allah",- deyə cavab ver",- məsləhətini verir.
Kasıb gənc dərvişin məsləhətinə əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır, hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır.
Bir gün padşah bu məşhur gənci görmək istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında məlumat istəyir. Dərviş də ona bildirir ki, bu gənc dövrün ən mübarək, Allaha bağlı insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir. Ondan: "Kimsən? Problemin nədir? Nə istəyirsən?"- soruşur. Gəncin cavabı isə yalnız bir olur: "Allah". Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb geri qayıdır.
Səhərisi gün dərviş gəncin yanına gəlir və deyir ki, padşah öz qızını ona verməyə razı olanadək, o, padşahdan başqa bir şey istəməsin.
Bir gün yenə padşah oğlanın yanına gəlir və deyir: "Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?" Gənc oğlan isə bu təklifi rədd edir və deyir: "Qızınızla evlənmək istəmirəm. Mən başqa bir niyyətlə "Allah" dedim. Allah isə padşahı mənim kimi kasıb bir gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün "Allah" desəydim, kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm".


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar
loading...