Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axar dalğa nə deməkdir?
Axar dalğa nə deməkdir?

Böyük okeanlarda, dənizlərdə baş vermiş vulkan püskürmələri, zəlzələlər nəticəsində böyük fəlakətlər baş verir. Nəticədə nəhəng dalğalar əmələ gəlir ki, bu dalğalar da sahildə olan canlı və cansız varlıqları bir anın içərisində məhv edirlər.

1883-cü il 27 avqust ayında Sakit okeanda vulkan püskürməsi nəticəsində elə böyük dalğa əmələ gəlmişdi ki, Krakatau adası bütünlüklə məhv olmuşdu. Okeanla saatda 1300 km/saat sürətlə gələn nəhəng dalğalar Avstraliya və Kaliforniya sahillərində faciə törədərək, yüzlərlə kəndi yer üzündən silmişdi. Belə dalğalar axar dalğalar adlanırlar.

2004-cü ildə Hind okeanında baş vermiş zəlzələ nəticəsində okeanda yaranmış dağıdıcı, dəhşətli dalğa çox böyük sürətlə sahilə yan alaraq, 200 minə yaxın insanı məhv etmiş, neçə-neçə şəhər və kənd dağıtmışdı.


Tarix: 11.06.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Maraqlı Melumatlar
loading...