Soyuducudakı pis qoxudan qurtulmaq üçün ilk öncə onun donunu açıb, silib təmizləmək, sonra isə yeni soyuducu kimi, ona bir neçə saat ərzində “istirahət etməyə” imkan vermək lazımdır. İldə bir dəfə soyuducunu tam olaraq təmizləmək, ayda və ya iki həftədən bir isə onun bütün rəflərini yuyub, qapısını və ona taxılmış rezini silmək tövsiyə edilir.
Təmiz soyuducunun divarlarını və rəflərini nəmləndirilmiş soda tozu ilə yaxşıca silmək, sonra isə bir daha üstündən quru dəsmal ilə təmizləmək lazımdır.
Alternativ vasitə kimi naşatır spirtindən də istifadə edə bilərsiniz (bu xüsusən yeni soyuducular üçün məsləhət görülür). Bu vasitəni istifadə etdikdən sonra soyuducu ən azı bir gün ağzı açıq vəziyyətdə havasını dəyişməlidir.
Qoxunun mənbəyini tapmaq üçün soyuducunuzu diqqətlə yoxlayın. Olduqca yayılmış problem – avtomatik ərimə üçün boruların və həmçinin məcburi ərimə vaxtı xüsusi dəliklərin tutulmasıdır. Onları təmiz əridilmiş su ilə yaxşıca yumaq lazımdır, təmizləmə üçün pambıq çubuqlarından da istifadə etmək olar.
Soyuducunun divarlarını və rəflərini sirkə məhlulu ilə silməyə cəhd edin (nisbi münasibət 1:1 olmalıdır). Bu prosedurdan sonra isə soyuducuya 4-6 saat ərzində bir qabda xörək sirkəsində isladılmış yekə pambıq tikəsini qoymaq lazımdır.
Sirkə məhlulunun əvəzinə 2 stəkan təzə limon şirəsi və 1 stəkan suda hazırlanmış məhluldan istifadə etmək olar və ya soyuducuya 1-3 gün ərzinə limon şirəsi və ya kəsilmiş limon tikələri qoymaq olar.
Qabığı təmizlənmiş soğanın yarısını soyuducunun qapısındakı rəflərə və ya içinə qoyub, həftədə bir dəfə onu dəyişmək lazımdır.
Soyuducudan gələn qoxudan qurtulmaq üçün həmçinin iki yerə bölünmüş alma və ya kartofdan da istifadə etmək olar. Belə təbii qoxu neytralizatorlarını 3-5 gündən bir dəyişmək daha yaxşı olar.
Yuxarıda qeyd olunmuş qayda ilə həmçinin kömür tikəsindən və ya adi aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Bunun üçün təxminən 6-10 ədəd həbi xırdalayıb bir qabda soyuducuya qoymaq lazımdır.
Qoxudan azad olmaq üçün daha bir təbii vasitə – bir ovuc quru düyü dənləridir.
Soyuducuya yerləşdirilmiş qara çörək dilimləri də pis qoxunu azaldır.
Ətirli quru ədviyyatlar və ədviyyəli otlar soyuducuda xoşagəlməz qoxunu qismən də olsa təmizləyir. Onları həmçinin profilaktik məqsədlərdə də istifadə etmək olar. Bunun üçün darçın, mixək, vanil, kəklikotu, reyhan, tərxun kimi ədviyyatların 2-3 növünü soyuducunun rəflərinə açıq vəziyyətdə qoymaq lazımdır.
Yaxşı qoxu neytralizatoru qəhvə dənləri və qurudulmuş portağal və nar qabıqlarıdır.
Soyuducuda xoşagəlməz qoxunun yaranmasının profilaktikası üçün ona 2-3 ay ərzində quru soda, duz və ya
şəkər qoymaq olar (yaxşı olar ki, onların qablarının qapaqları dəlikli olsun).
Xüsusilə hazır ətirli məhsulları və yeməkləri ağzı örtülmüş və ya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Bunun üçün xüsusi konteynerlərdən, paketlərdən, folqadan, qapaqlı qablardan istifadə edin. Ət, balıq, quş məhsulları daha da yaxşı bükülmüş olmalıdır. Tərəvəzlər və meyvələr üçün rəflər isə quru olmalıdır.
Soyuducuda daim rütubəti yoxlayın. Artıq kondensat (divarlarda su) kifin artmasına və xoşagəlməz qoxunu təhrik edən mikroorqanizmlərin inkişafına imkan yaradır.
Əlbəttə ki, məhsulların saxlama müddətinə riayət edib və soyuducuda pis qoxunun yaranmasını gözləmədən müntəzəm olaraq onu yuyub təmizləmək lazımdır.
Tarix: 01.04.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 361 Bölmə: Maraqlı Melumatlar