Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanaraq nəfəslə orqanizmə daxil olub və orqanizm üçün ciddi təhlükə yaradır.
Otağın temperaturu yüksəldikcə, civə daha tez buxarlanır. Buna görə də, otağın temperatutunu mümkün qədər azaltmağa çalışın – bütün pəncərələri açın, kondisioneri “soyuq” rejiminə qoşun.
Otaqda istilik sistemi varsa onu da imkan daxilində söndürməyə çalışın. Bütün bunlar civənin buxarlanmasının intensivliyini azaldır. Civəni yığmaq üçün tozsorandan və ya yaş əskidən istifadə etmək olmaz! Bu məqsədlə skoç və ya plastırdan istifadə etmək olar.
Tez bir zamanda, havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün, sanitar-epidemioloji xidmətdən mütəxəssis çağırmaq lazımdır.
Tarix: 10.12.2014 / 18:03 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Melumatlar