Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Magen David (Davudun ulduzu)

Əfsanəyə görə, «Goliat» adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi(Davudu) qoruyan qalxanın üzərində altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədəki yazılışına borcludur. David ivrit dilində üç hərflə: «Dalet-vav — Dalet» hərfləriylə yazılır. Çox köhnə İvrit əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı «Delta» ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı.İki «Dalet» in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monogramı olması məntiqli bir fərziyyədir.

İvrit dilində «Magen» sözü, müdafiə mənasındakı «Lehagen / Hagana» sözü ilə eyni kökə malikdir və «müdafiəçi, qoruyucu» mənasını daşıyır. Magen, ayrıca, qoruyucu bir alət olan qalxana verilən addır. Buna görə, Magen David, «Davidin qalxanı, Davidin qoruyucusu» deməkdir.
Digər bir əfsanəyə görə, Goliyat'ın qalxanını böyük bir ulduz bəzəyirdi. Gənc David, bu nəhəngi öldürdükdən sonra, qalxanına sahib olur və ulduzu da Tanrıya sığınmanın bir simvolu olaraq qəbul edir. David, eynilə bir qalxanın arxasına sığındığı kimi Allahın qorumasına sığındığını dualarında, şeir və mezmurlarında dəfələrlə təkrarlayır. Davidin mezmurlarının təkrarlanan teması «Tanrı mənim qalxanımdır» sözləridir (Bax. Zəbur 18).Tora (Tövrat), bilinən bir təşkilatlanmış ordunu quran Kral Davidin, əsgərlərini professiyonal döyüşçü olaraq yetişdirdiyini yazır. David, əsgərlərinin qalxanlarında da Tanrıya himayə simvolu olaraq altıbucaqlı ulduz motivlərindən istifadə etmişdir.Davidin oğlu, Kral Şelomo (Kral Süleyman) isə simvol olaraq altı bucaqlı deyil də beş bucaqlı (pentaqram) ulduzu mənimsəmişdir. Bu ulduz Kral Şelemonun möhürlü üzüyündə də var idi.

Altıbucaqlı Ulduzun Tarixçəsi
Tarixdə 6 bucaqlı ulduzun ilk olaraq kimlər tərəfindən istifadə edilməsi bilinməsə də, Bürünc çağına (E. Ə 3200 — 1200) söykənən bir keçmişi olduğu hesab edilir.

İsraildə bu gün, bu motivlərin ən köhnə arxeoloji qalıntısına Bet-El bölgəsindəki E. Ə 10 ilə 20ci- illərinə aid bir quruluşda rast gəlinmişdir. Oxşar motiv Kineret Gölü sahilində, II. əsrdən qalan Kfar-Nahum Sinagogu'ndaki oyma qalıqlarında da görülə bilər. Mozaika, freska və daş oyma təsvirləri baxımından son dərəcə zəngin olan bu sinagogun qalıqları arasında o bölgədə yetişən meyvə və tərəvəz təsvirlərinin yanında Menora kimi dini işarələrlə 5 və ya 6 bucaqlı ulduz motivləri görülə bilər.

VI əsr İtaliya və İspanyası'nda bu ulduzun, «David» adlı şəxslərin məzar daşlarına yazılmış olduğu görünür. Maraqlı bir nümunə də 17. əsr Almanyası'ndaki David GANS adlı bir Ravi'nin məzar daşıdır. Ravin Gans'ın məzar daşında bir David ulduzunun üzərinə yerləşdirilmiş bir qaz rəsmi görülməkdədir. «GANS» sözü, almanca «Qaz» deməkdir. Beləcə ulduz ravinin adını, qaz rəsmi də soyadını simvollaşdırır.

Qahirə Geniza'sında (Köhnə din kitablarının saxlanıldığı ümumiyyətlə basdırıldığı yer) tapılan 10. əsrə aid bir məktəb dəftərində İvrit məşqlərini bəzəyən bir Menoranın iki yanına çəkilmiş Magen Davidin və bu ulduzun digər tipik Yəhudi simvollarıyla birlikdə istifadə edilməsi ən köhnə nümunələrdən biri sayıla bilər.Altıbucaqlı ulduzun ilk dəfə «David Ulduzu» olaraq adlandırılmasına yazılı nümunə 13. əsrdə, Kabalist Yosef Gikatilla'nın əsərlərində görülür.

Yəhudi mətbuat tarixinin bilinən ilk İvrit kitabı Praqada 1512-ci ildə basılan «Səfər Tefirot» dur. Bu kitabın qapağını böyük bir Magen David bəzəyir.Magen David Yəhudilik simvolu olaraq ilk dəfə Praqa Yəhudi Camaatı tərəfindən istifadə edilmiş və bu camaatın xüsusi və rəsmi simvolu olaraq qəbul edilmişdir. Bu simvolun digər qonşu Bohemia camaatları yoluyla Vyanaya qədər çatdığı fərz edilməkdədir. Vyananın köhnə Yəhudi məhəlləsiylə xristian məhəlləsi arasındakı sərhədi təyin edən, üzərinə bir David ulduzu oyulmuş, 1656-ci il tarixli məşhur Tikilitaşdır ki, bu gün hələ ziyarət edilə bilər.

Daha sonrakı illərdə Baron Shlomo Meir Rothschild 1822-ci ildə Vyanada Cəngavər elan edildiyində bu ulduzu ailə gerbi olaraq seçmişdi. 19. əsr başlarının məşhur Yəhudi Alman yazıçısı Heinrich Heine, Xristiyanlığa keçmiş olmasına baxmayaraq qəzet məqalələrini isminin yerinə altıbucaqlı bir ulduzla imzalamaqdaydı.Magen Davidin daha böyük ölçüdə əhəmiyyət və məna Kabala ilə gəlmişdir. Dövrümüzün məşhur kabalisti Gershon Shole Magen Davidin yaranması və inkişafınıı belə yekunlaşdırır: «Xristian dünyası tərəfindən qəbul edilən Xaça qarşılıq Yəhudilərin də xüsusi bir simvol mənimsəmələrinə ehtiyyac yaranmışdı. Xaçın ifadə etdiyi mənaya sahib olmasa da,» Magen David "əksəriyyətcə tanınıb sevilmiş bir simvoldu və Yəhudi dünyasına özünü asanlıqla qəbul etdirmişdi."


Magen David və Mənası
Bu ulduz iki bərabərtərəfli üçbucaqdan meydana gəldiyinə görə mənasınıda da yenə üçlük olaraq araşdırmaq yerində olar. Hər millət və mədəniyyətdə üç rəqəmi, müqəddəs, simvolik və ya mistik mənalar daşıyır. Üçbucağın mənalarına nümunə olaraq, ana — ata — uşaq münasibətləri (ailə), keçmiş — indi — gələcək, torpaq — su — hava kimi başlıca təbiət elementləri ilə maddənin üç halı: qatı — maye — qaz və ya atomdakı proton — neytron — elektron üçlük göstərilə bilər.

Tora'da da üçlü anlayışlar tez-tez təkrarlanmışdır:
Müqəddəs işıq (Or) və Meorot adı verilən gecə ilə gündüzə hökm edən iki böyük işıq (ay və günəş). Nuhun gəmisi üç mərtəbəlidir. Aırıca, Nuhun üç oğlu vardır: Ham — Sam və Yafəs və bunlar sırasıyla Ruhun Duyğu'nun və düşüncənin simvoludur.Avraam'dan (İbrahim) üç ayrı nəsil doğulur: Yişmael(İsmayıl) – Yisrael(İsrail) və Esav.

Yəhudi millətini meydana gətirən xalq təbəqələri da üçdür: Kohenler – Levililər – İsraillilər. Bu növdən nümunələri daha da çoxaltmaq mümkündür. Ayrıca insanlığın üç təməl elementini: Həqiqət — azadlıq və sevgi anlayışlarını saymaq yerinə düşər.
Bizim uzun və çətin tariximiz boyunca, bunu fərqinə vardıq ki, bizlərin tək ümidi Tanrıya olan etibarımızdır. Magen David, (Söz mənası olaraq Davidin qalxanı) 'in altı küncü vardır. Bu da Allahın bütün kainata hökm etdiyini və bizləri 6 istiqamətdən də qoruduğunu ifadə edir: Şimali, Cənubi, Şərqi, Qərbi, Aşağı və Yuxarı. Buna bənzər bir simvol 'Şema'(Bu dua yahudi dinində əsas dualardan biridir.) duasını oxuyarkən də qarşımıza çıxır.


Tarix: 26.11.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Maraqlı Melumatlar
loading...