Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya Səhiyyə Təşkilatından maraqlı statistika

15 iyun dünya avtomobil qəzasında ölənlərin anma günündə Dünya Səhiyyə Təşkilatı (DST) maraqlı bir statistika hazırlayıb. Statistikaya görə hər il 1 milyon 270 min insan avtomobil qəzalarında dünyasını dəyişir. Maraqlıdır ki, bu rəqəmin az qala yarısı yol keçən piyadalar, motosiklet və velosiped sürücüləridir.
Həmçinin 170 ölkəni əhatə edən statistika göstərir ki, bu qəzaların 90% zəif inkişaf etmiş ölkələrin o cümlədən Afrika ölkələrinin payına düşür. Ən az qəza olan ölkələr isə İngiltərə, İsveç Hollandiya kimi inkişaf etmiş ölkələrdir.
Həmçinin daha maraqlı bir fakt isə maşınlarda təhlükəsizlik kəmərindən ən az istifadə edən ölkələr də həmçinin zəif inkişaf etmiş ölkələrdir və qəza zamanı ölüm səbəblərindən biri də heç şübhəsiz ki, bu amildir.


Tarix: 13.01.2015 / 13:52 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar
loading...