Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taksi sürücülərinə xəbərdarlıq
Taksi sürücülərinə xəbərdarlıq

Avropa Oyunlarına artıq 44 gün qalıb. Görülən hazırlıqlar isə demək olar ki, yekunlaşmaq üzrədir.

“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, paytaxtda keçiriləcək I Avropa Oyunları zamanı ən çox dəyişiklik yol infrasturukturunda həyata keçirilir. Bu idman arenalarına aparan yollarda daha çox nəzər çarpır. Su İdman Kompleksi, Əl Oyunları Sarayı və Kristal Hollun yerləşdiyi Neftçilər prospekti boyu aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Su İdman Kompleksi ətrafında yaşlılaşdırma işləri aparılıb. Binaların fasadları yenilənməsi yekunlaşmaq üzrədir. Yol boyu düzülən məlumtaındırıcı lövhələrin sayı artırılıb.

Qeyd edək ki, Avroviziya mahnı müsabiqəsi ərəfəsində yollarda otel və mədəniyyət abidələrinin göstərən lövhələr quraşdırılmışdı. İndi bu siyahıya idman arenalarının yerini göstərən lövhələr də əlavə olunub.

Daha iri ölçüdə olan bu lövhələrin bəzilərində məlmumatlar İngilis, bəzilərində isə Azərbaycan dilində verilib. Yol boyu düzülən zibil qutuları da gözümüzdən yayınmadı. Dəmir qablar çox yaxın məsafələrdə qoyulub.
Yolladrda daha bir yenilik - oyun zolaqlarının çəkilişidir. Bu zolaqlar oyunların keçirdiyi ərazilərə gedən yollarda çəkilir. Həmin yollarla stadionların ərazisinə işləyəcək ekspres marşrutlar və idmançıları daşıyan avtobuslar istifadə edə biləcəklər.
3,75 metr eninidə olan oyun zolaqları 15 sm. enində sarı xətlə məhdudlaşdırır. Zolaqları fərqləndirən həm də orada Avropa Oyunlarının loqotipinin çəkilməsidir. Bu tip loqotiplərin həmin yolların kənarlarında da quraşdırılır.
Avropa Oyunlarınını loqtiplərinə “London taksiləri” üzərində də rast gəlmək mümkündür. Bu yeni avtomobillər əsasən ağ rəngdə rənglənib. Avtomobillərin üzərinə müxtəlif idman növlərilə bağlı loqolar yapışdırılıb.

Avropa Oyunları ərəfəsində şəhərdə ancaq bu taksilər fəaliyyət göstərəcək. Oyunların keçirildiyi əraziərdə digərlər taksilər fəaliyyəti məhdudlaşdırılacaq.

“Həmin taksilərlə bağlı prosedur qaydalar həyata keçirilir. Taksi sürücülər indidən dərk etsinlər ki, onlar oyuların keçiriləcəyi ərazilərin yaxınlığına buraxılmayacaqlar. Xususən də qeyri-qanuni fəaliyyət göstərən taksi sürücülərin nəzərinə çatdırıram ki, oyunlar zamanı idman arenalarına yaxın ərazilərdə fəaliyyət göstərməsinlər”, – deyə nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Oynlar ərəfəsində avtomobillərin parklanması üçün qaydalar da müəyyənləşib. Avropa Oyunlarının keçiriləcəyi idman arenaları ətrafında nəzarət zonaları yaradılıb və xüsusi nişanlarla qeyd olunub. Həmin ərazidə yaşayanlar məhz nişanlanmış sahələrdə maşınlarını saxlaya biləcəklər.

İş yerləri həmin ərazidə olanlar üçün isə bu qadağan ediləcək.

Artıq parklanma qaydaları ilə bağlı xəritələr tərtib olunub. “Bakı 2015” ərəfəsində və oyunlar zamanı yolu idman arenaları yerləşən ərazilərdən keçən və maraqlanan hər bir vətəndaş, internet saytlarından istifadə etməklə bu xəritələrə baxmaq imkanı əldə edəcək.


Tarix: 30.04.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 289 Bölmə: Maraqlı Melumatlar
loading...