Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömrün şəhidlik zirvəsi (kitab)

Ömrün şəhidlik zirvəsi - Şəhid Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuş kitab.

Kitabın məsləhətçisi professor Azər Kərimov, toplayıb tərtib edəni və redaktoru isə “Qızıl qələm” mükafatı laureatı Araz Yaquboğludur.

Kitab 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə 500 nüsxə ilə çap olunmuşdur. Kitab 160 səhifədən (16 səhifə əlavə rəngli şəkil olmaqla) ibarətdir.

Kitab Qarabağ müharibəsində şəhid olmuş Kərimov Yasif Fəzi oğlunun əziz xatirəsinə həsr olunmuşdur. Kitabda şəhidin babası, Rəsullular nəslinin igid el qəhrəmanı, sərkərdə Məşədi Qasımın XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlar, II Dünya Müharibəsində Rəsullular nəslindən həlak olan və itkin düşənlər haqqında da geniş məlumatlar verilmişdir. Əsgər sülaləsi olan Məşədi Qasımın iki nəticəsi – Abbas Qasımov, Nəbi Zeynalov, bu kökdən olan şəhidlər – Ziyafət Balıyev, Mehdi Məhərrəmov və Rəsul İlyasov haqqında da kitabda məlumatlar öz əksini tapmışdır.

Bərdə rayonu Yeni Daşkənd kənd tam orta məktəbi hazırda şəhid Yasif Kərimovun adını daşıyır.

2012-ci ildə məktəbin girişində şəhidin büstü qoyulmuşdur.


Tarix: 13.03.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Kitablar elm
loading...